Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Əli və Nino”da yaradıcılıq dolu həftəsonu – payızın ən rəngli tədbirləri sizi gözləyir

Bu həftəsonu “Əli və Nino” Crescent Mall filialında sizi tam payız ruhunda keçirəcəyiniz bir gün gözləyir.
2 noyabr tarixində həm uşaqlar, həm də böyüklər üçün müxtəlif yaradıcılıq fəaliyyətləri təşkil olunacaq. Gəlin, dostlarınız və ailənizlə birlikdə həm əylənin, həm də yeni bacarıqlar öyrənin.

Saat 11:00-da başlayacaq Barista Masterclass zamanı iştirakçılar pumpkin spice latte hazırlamağı öyrənəcəklər. Payız dadlarını sevənlər üçün bu, əsl zövq olacaq.

Saat 12:00-da uşaqları Balqabaq boyamaFace Art fəaliyyəti gözləyir — kiçik dostlarımız üçün həm əyləncəli, həm də yaradıcı məşğuliyyət.

Saat 13:00-da keçiriləcək Terrarium masterclass zamanı iştirakçılar öz mini ekosistemlərini yaradacaqlar. Bu fəaliyyət həm təbiətsevərlər, həm də dekor sevənlər üçün mükəmməldir.

Saat 14:00-da Gips boyama, 15:00-da isə Halloween dekoru hazırlığı ilə gün yaradıcılıq və rənglərlə dolu şəkildə davam edəcək.

Tədbirlərdə iştirak ödənişlidir və yerlər məhduddur, ona görə öncədən qeydiyyatdan keçməyi unutmayın.
Ətraflı məlumat və qeydiyyat üçün əlaqə: +994 51 716 59 11