Bu həftəsonu, 19 oktyabr tarixində “Əli və Nino” Crescent Mall filialı kreativ fəaliyyətlərlə dolu gün keçirəcək. Tədbirlər seriyası saat 13:00-da “Stəkan boyayaq” adlı məşğələ ilə başlayacaq (ödəniş: 5 AZN). Ardınca, saat 14:00-da “Halloween dekoru hazırlayaq” adlı tədbir keçiriləcək (ödəniş: 10 AZN).
Saat 15:00-da iştirakçılar “Manifest lövhəsi hazırlayaq” fəaliyyətinə qoşula biləcək (ödəniş: 5 AZN), 16:00-da isə “Gips fiquru boyama” zamanı öz yaradıcılıqlarını nümayiş etdirəcəklər (ödəniş: 15 AZN). Günün sonunda, saat 17:00-da “Dəniz qabıqları ilə rəsm” tədbiri ilə həftəsonu daha da rənglənəcək (ödəniş: 20 AZN).
Tədbirlər “Əli və Nino” Crescent Mall, 4-cü mərtəbədə baş tutacaq.
Əlaqə nömrəsi: +994 51 716 59 11
İştirak edin, yaradıcılığınızı kəşf edin və ailənizlə xoş anlar yaşayın!