Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino”dan həftəsonu oxu dolu görüşlər!

📚 “Əli və Nino”dan oxuculara dolu-dolu bir həftəsonu!

Azərbaycanın sevilən kitab markası “Əli və Nino” oxucularını bu dəfə 24 avqust tarixində Crescent Mall-da keçiriləcək xüsusi kitab klubu görüşlərinə dəvət edir. Tədbirlər həm uşaqlar, həm böyüklər üçün nəzərdə tutulub və Azərbaycan, ingilis və rus dillərində təşkil olunur. Bu görüşlər kitabsevərlərin bir araya gələrək ədəbiyyat ətrafında fikir mübadiləsi aparmasına, yeni tanışlıqlar qurmasına və mütaliə vərdişlərini daha da gücləndirməsinə imkan yaradacaq.

🔸 11:30–12:45 – Uşaqlar üçün kitab klubu görüşü: Balaca oxucular “Əli və Nino”nun təşkil etdiyi bu görüşdə kitablarla bağlı təəssüratlarını bölüşəcək, maraqlı müzakirələrə qoşulacaqlar.

🔸 13:00–14:15 – İngilis dilli oxucular üçün “Ali and Nino” book club görüşü: Ədəbi zövqü bölüşmək, sevilən əsərləri müzakirə etmək üçün əla fürsət!

🔸 14:30–15:45 – Böyüklər üçün Azərbaycan dilində kitab klubu görüşü: Yerli oxucular tanınmış əsərlər barədə fikir mübadiləsi aparacaq, yeni kitab tövsiyələri alacaq.

🔸 16:00–17:15 – Rus dilli oxucular üçün kitab klubu görüşü: “Əли и Нино” klubunda ədəbi müzakirələr rus dilində baş tutacaq.

📍 Məkan: “Əli və Nino” mağazası, Crescent Mall, 4-cü mərtəbə
📞 Əlaqə: +994 51 716 59 11

 İstər uşaqlar, istər böyüklər üçün nəzərdə tutulan bu gün, oxu mədəniyyətinin təbliğinə mühüm töhfə verməklə yanaşı, yeni ədəbi dostluqların da yaranmasına şərait yaradacaq.

 

Digər paylaşımlar