"Əli və Nino"dan uşaqlar üçün unudulmaz həftəsonu tədbirləri!
17 avqust tarixində “Əli və Nino” mağazalar şəbəkəsinin Crescent Mall filialında təşkil olunan həftəsonu tədbirləri balaca iştirakçılar üçün əsl bayrama çevrildi. Mağazanın 20 illik yubileyi münasibətilə keçirilən bu xüsusi proqram uşaqların yaradıcılığını inkişaf etdirmək və əyləncəli zaman keçirmələri üçün nəzərdə tutulmuşdu.
Tədbir saat 14:00-da "Ələcini boyayaq" adlı kreativ sessiya ilə başladı. Balaca qonaqlar müxtəlif rənglərlə əl izlərini boyayaraq, fərqli əl işləri yaratdılar. Uşaqlar həm əyləndi, həm də öz bədii istedadlarını nümayiş etdirdilər.
Saat 15:00-da isə "Postcard hazırlayaq" adlı bölmə başladı. Bu zaman ərzində uşaqlar öz xəyallarındakı açıqçaları kağız üzərinə köçürərək, həm rəssam, həm də dizayner kimi bacarıqlarını sınadılar.
Günün ən maraqlı hissələrindən biri saat 16:00-da keçirilən "Kitabçı masterclassı – Kitab satmağı öyrənək" tədbiri oldu. Uşaqlara kitab satışının sirrləri, müştəri ilə ünsiyyət və kitab təqdimatının əsasları haqqında əyani şəkildə məlumat verildi. Onlar özlərini bir günlük "kitab satıcısı" kimi hiss edərək bu sahə ilə daha yaxından tanış oldular.
Bütün tədbirlər tamamilə ödənişsiz şəkildə baş tutdu və yubiley həftəsi çərçivəsində təşkil olunmuş bu maraqlı proqram iştirakçıların və valideynlərin böyük rəğbətini qazandı.
“Əli və Nino” mağazalar şəbəkəsi uşaqlara kitab sevgisini aşılayan, onların yaradıcılığını stimullaşdıran bu cür təşəbbüslərlə gələcəkdə də oxucularının yanında olmağa davam edəcək.
📍 Məkan: "Əli və Nino" Crescent Mall, 4-cü mərtəbə
📞 Əlaqə: +994 51 716 59 11