Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Həftəsonu “Əli və Nino” Crescent Mall-da uşaqlar üçün yaradıcı tədbirlər

“Əli və Nino” Crescent Mall-da Həftəsonu Tədbirləri – 17 Avqust!

“Əli və Nino” mağazası sizləri 17 avqust tarixində xüsusi həftəsonu tədbirlərinə dəvət edir! 20 illik yubileyini qeyd edən mağazamız, ziyarətçilərinə həm əyləncəli, həm də yaradıcılıq dolu anlar yaşatmaq üçün bir sıra maraqlı fəaliyyətlər hazırlayıb.

Tədbir proqramı:

  • Əlfəcini boyayaq – saat 14:00-14:50
    Uşaqlar üçün nəzərdə tutulmuş bu fəaliyyət zamanı rəngarəng boyalarla əlfəcinlərinizi fərdiləşdirəcək, yaradıcılığınızı sərbəst ifadə edəcəksiniz.

  • Postcard hazırlayaq – saat 15:00-15:50
    Postcard hazırlamaq sevən hər kəs üçün əla fürsət! Burada öz kartpostallarınızı dizayn edib dostlarınıza və yaxınlarınıza unikal hədiyyələr hazırlaya bilərsiniz.

  • Kitabçı masterclassı – Kitab satmağı öyrənək – saat 16:00-17:00
    Kitab satmaq və kitab biznesi ilə maraqlananlar üçün masterclass. Burada həm praktik biliklər əldə edəcək, həm də kitab satışının incəliklərini öyrənəcəksiniz.

🎉 Xüsusi fürsət: Yubileyimizə özəl bütün tədbirlər ödənişsizdir!

Əlavə məlumat və qeydiyyat üçün əlaqə: +994 51 716 59 11

Ünvan: “Əli və Nino” Crescent Mall, 4-cü mərtəbə

Bu həftəsonu ailənizlə və dostlarınızla birlikdə yaradıcılıq dolu, maraqlı bir gün keçirin və mağazamızın 20 illik yubileyinə özəl anların bir hissəsi olun!

 

Digər paylaşımlar