Sevimli dostlar, bu həftəsonu sizi “Əli və Nino” Crescent Mall filialında rəngarəng və yaradıcı masterclasslar gözləyir! 💫
✨ Diləklər bankası (14:00–15:00)
Xəyallarınızı və arzularınızı gözəl bir bankada toplamağa nə deyirsiniz? Bu masterclassda hər kəs öz xüsusi diləklər bankasını hazırlayacaq. Qiymət: 10 AZN.
🧵 Bədii tikmə masterclassı (15:00–16:00)
Əl işlərini və incəsənəti sevənlər üçün əla fürsət! Burada bədii tikmənin incəliklərini öyrənəcək və öz əllərinizlə kiçik bir əsər yaradacaqsınız. Qiymət: 15 AZN.
🎨 Manifest lövhəsi hazırlayaq (16:00–17:00)
Gələcək arzularınızı vizuallaşdırmaq üçün manifest lövhəsi yaratmağa dəvət edirik. İstədiyiniz məqsədləri kağız üzərinə köçürün və onları həyatınıza yaxınlaşdırın. Qiymət: 5 AZN.
📍 Ünvan: “Əli və Nino”, Crescent Mall, 4-cü mərtəbə
📞 Əlaqə: +994 51 716 59 11
🔹 Gəlin, bu həftəsonu həm yaradıcılıqla məşğul olaq, həm də xoş anlar paylaşaq! 🌸