Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Marcina Jumati “Analıq A-dan Z-yə” kitabının təqdimatında oxucularla görüşdü

Marcina Jumati “Analıq A-dan Z-yə” kitabının təqdimatında oxucularla görüşdü

15 oktyabr tarixində “Əli və Nino” kitab mağazasının Crescent Mall filialında yazıçı Marcina Jumati yeni kitabı “Analıq A-dan Z-yə” adlı əsərinin təqdimatını və imza gününü keçirdi. Tədbirdə oxucular, media nümayəndələri və analıq mövzusuna maraq göstərən qadınlar iştirak etdilər.

Yazıçı təqdimat zamanı kitabın yazılma prosesindən, analığın çətin, eyni zamanda sevgi və inam dolu tərəflərindən danışdı. O, əsərin anaların gündəlik həyatında həm emosional dəstək, həm də praktiki bələdçi kimi nəzərdə tutulduğunu vurğuladı.

Səmimi atmosferdə keçən görüşdə oxucular müəlliflə söhbət edib kitablarını imzalatdılar, həmçinin ailə, qadın gücü və şəfqət mövzularında fikir mübadiləsi apardılar. Tədbir “Əli və Nino” kitab mağazalar şəbəkəsinin 20 illik yubiley layihələri çərçivəsində baş tutdu.