16 dekabr saat 14:00-da “Əli və Nino”nun Crescent Mall filialında müasir Niderland ədəbiyyatına həsr olunmuş xüsusi təqdimat baş tutacaq.
Tədbir çərçivəsində Renate Dorresteinin “Gizli Yararlar” və Thea Beckmanın “Yer Ananın Övladları” romanları barədə məlumat veriləcək. Hər iki əsər Niderland ədəbiyyatının fərqli üslub və mövzularını əks etdirir: psixoloji dərinlik, sosial münasibətlər və tarixi yanaşmalar.
Niderland səfirliyinin dəstəyi ilə keçirilən bu görüş kitabsevərlərə Avropa ədəbiyyatının yeni nəfəsini tanımaq imkanı yaradacaq.
Giriş sərbəstdir.
Ünvan: “Əli və Nino”, Crescent Mall, 4-cü mərtəbə.
