Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Mürşüd Mehdi ilə keçirilən görüş oxucuların böyük marağına səbəb olub

16 may tarixində 28 Mall-un 4-cü mərtəbəsində yerləşən “Əli və Nino” kitab mağazasında yazıçı Mürşüd Mehdi ilə keçirilən görüş böyük maraqla qarşılanıb.

Tədbirə qatılan oxucular müəlliflə yaxından ünsiyyət qurmaq, yaradıcılıq prosesi haqqında maraqlı faktlar öyrənmək və sevdikləri kitabları imzalatmaq imkanı əldə ediblər. Görüş zamanı xüsusilə “Məktubdakı qadın” və “Evdəki yad” kitabları ətrafında geniş müzakirələr aparılıb.

Səmimi atmosferdə keçən tədbirdə Mürşüd Mehdi oxucuların suallarını cavablandırıb, yazı prosesindən danışıb və gələcək planları ilə bağlı fikirlərini bölüşüb. İştirakçılar tədbirin olduqca maraqlı və yadda qalan keçdiyini qeyd ediblər.

 

Digər paylaşımlar