Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Olqa Primaçenko ilə səmimi görüş keçirildi.

“Əli və Nino” kitab evinin təşkilatçılığı ilə baş tutan görüşdə Olqa Primaçenko Bakıdakı oxucuları ilə bir araya gələrək kitabları, özünə münasibət, daxili rahatlıq və həyatdakı vacib seçimlər barədə səmimi söhbət edib.

Tədbir iştirakçıların müəllifə ünvanladığı maraqlı suallar və canlı fikir mübadiləsi ilə yadda qalıb. Görüş zamanı ən maraqlı sualı verən 3 iştirakçıya Olqa Primaçenkodan xüsusi hədiyyə dəsti təqdim olunub.

Tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Hilton Garden Inn otelinə xüsusi təşəkkürümüzü bildiririk. 

Oxucuların böyük marağı ilə keçən görüş Olqa Primaçenkonun Bakı səfərinin ən yaddaqalan anlarından birinə çevrilib.