11 dekabr saat 18:00-da “Əli və Nino”nun Crescent Mall filialında professor Hamlet İsaxanlının kitablarına həsr olunmuş imza günü keçiriləcək.
“İdeyalar Əlkimyası” başlığı altında təşkil olunan tədbirdə professorun elmi, fəlsəfi və ədəbi araşdırmaları haqqında danışılacaq, oxucular müəlliflə şəxsən görüşə biləcəklər.
Hamlet İsaxanlı ölkənin elm və mədəniyyət həyatında mühüm yeri olan şəxsiyyətlərdən biridir və tədbir intellektual müzakirələrlə zəngin olacaq.
Ünvan: Crescent Mall, “Əli və Nino” kitab mağazası.
