5 oktyabr 2025-ci il tarixində “Əli və Nino”nun Crescent Mall filialında britaniyalı yazıçı, məşhur “Molli Mun” seriyasının müəllifi Corciya Binq ilə görüş və imza günü baş tutdu. Tədbir, xüsusilə fantastika və macəra janrında yazılmış uşaq kitablarına maraq göstərən oxucular üçün unudulmaz anlarla yadda qaldı.
Yazıçı görüş zamanı “Molli Mun və Hipnoz Etməyin Sırrı”, “Molli Mun və Hipnotik Zaman Səyahəti Macərası” və “Molli Mun Dünyanı Dondurur” kimi məşhur əsərləri haqqında danışdı, kitabların ideyalarının necə yarandığını və qəhrəmanlarının ilham mənbəyini bölüşdü. Oxucular, həmçinin yazıçıya öz suallarını vermək və sevdikləri kitabları müəllifin imzası ilə əldə etmək imkanı qazandılar.
Tədbir səmimi və ruhlandırıcı atmosferdə keçdi, iştirakçılar müəllifin enerjisi və oxucularla ünsiyyətə açıq yanaşmasından məmnun qaldılar. Görüşün sonunda Corciya Binq öz kitablarını imzalayaraq gənc pərəstişkarlarına unudulmaz bir xatirə bəxş etdi.