Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Crescent Mall-da həftəsonu yaradıcı Yeni il tədbirləri uğurla baş tutdu

30 noyabrda “Əli və Nino” Crescent Mall mağazasında keçirilən həftəsonu tədbirləri böyük maraqla qarşılandı. Uşaqlar gün ərzində müxtəlif yaradıcılıq fəaliyyətlərində iştirak etdilər:
– 2026 manifest lövhəsi hazırladılar,
– 2026 dilək bankası düzəltdilər,
– stəkan boyama masterclassında öz dizaynlarını yaratdılar,
– gipsdən Yeni il dekoru hazırladılar,
– həmçinin xüsusi Yeni il dekoru üzrə geniş bir yaradıcılıq saatı keçirildi.

Tədbirlər balaca iştirakçıların yaradıcılığını dəstəkləməklə yanaşı, onlara Yeni il abu-havasını daha dərindən hiss etdirdi. Valideynlərin də iştirakı ilə çox xoş və nikbin bir gün yaşandı.

Digər paylaşımlar