Ötən gün Crescent Mall mağazamız xüsusi bir tədbirə ev sahibliyi etdi. Ukrayna Respublikasının Azərbaycandakı səfiri cənab Yuriy Gusev, yazıçı Nadiya Kirey və tərcüməçi Elvina Murza Demirin iştirakı ilə “Bala балачка” kitabının təqdimatı keçirildi.
Tədbir çərçivəsində müəllif kitabın yazılma prosesi, mövzusu və uşaqlar üçün əhəmiyyəti barədə oxucularla səmimi söhbət apardı. Qonaqlar həmçinin Azərbaycan və Ukrayna mədəniyyətləri arasında ədəbi əlaqələrin güclənməsinin vacibliyini vurğuladılar.
Mağazamız hər zaman mədəniyyətlərarası dialoqu, oxu mədəniyyətini və ədəbi körpülərin qurulmasını dəstəkləməyə davam edəcək.
Tədbirdən fotolar:
