26 aprel tarixində “Əli və Nino” kitab evinin Crescent Mall filialında təşkil olunan həftəsonu tədbirləri uğurla həyata keçirildi. Gün ərzində müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş bir neçə maraqlı masterclass baş tutdu.
İştirakçılar əvvəlcə barista masterclassında qəhvə hazırlanmasının incəliklərini öyrəndilər. Daha sonra taxta əlcək hazırlanması, stəkan və çanta boyama üzrə yaradıcılıq dərsləri keçirildi. Günün sonunda isə gips fiqurların hazırlanması və boyanması üzrə masterclass iştirakçıların böyük marağına səbəb oldu.
Tədbirlər iştirakçılara həm yeni bacarıqlar qazanmaq, həm də yaradıcı və əyləncəli vaxt keçirmək imkanı yaratdı.