Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Crescent Mall-da ənənəvi Yapon döyüş sənəti – Kendo təqdim olundu

Martın 7-də Crescent Mall-da Yaponiyanın Azərbaycandakı Səfirliyinin, Crescent Mall-un, “Əli və Nino” kitab mağazalar şəbəkəsinin və Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının birgə təşkilatçılığı ilə ənənəvi Yapon döyüş sənəti olan Kendo üzrə xüsusi təqdimat keçirilib.

Tədbirin xüsusi qonağı Yaponiyadan gəlmiş, Kendo üzrə 8-ci dan ustası Masanori Yasue olub. O, qədim samuray döyüş texnikaları və Kendonun fəlsəfəsi haqqında iştirakçılara ətraflı məlumat verib, həmçinin canlı nümayişlə bu döyüş sənətinin əsas elementlərini təqdim edib.

Crescent Mall-un birinci mərtəbəsində keçirilən təqdimat böyük maraqla qarşılanıb. İştirakçılar Yapon döyüş mədəniyyəti ilə yaxından tanış olmaq və ustanın nümayiş etdirdiyi texnikaları izləmək imkanı əldə ediblər.

 

Digər paylaşımlar