17 iyul tarixində saat 19:00-da “Əli və Nino” Kitab Evinin Crescent Mall filialında tanınmış yazıçı Eldar Əhədovla görüş və imza günü keçiriləcək.
Tədbir iştirakçıları müəlliflə yaxından tanış olmaq, onun yaradıcılıq yolu haqqında ətraflı məlumat almaq, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaq və ünvanladıqları suallara cavab tapmaq imkanı əldə edəcəklər. Görüşün sonunda oxucular müəllifin kitablarını imzalada biləcəklər.
Bütün ədəbiyyatsevərləri bu maraqlı görüşə dəvət edirik.