18 yanvar tarixində “Əli və Nino” Kitabevi Crescent Mall, 4-cü mərtəbə həftəsonunu daha rəngarəng və unudulmaz etmək istəyən ziyarətçilər üçün xüsusi tədbir proqramı təşkil etdi. Gün ərzində keçirilən müxtəlif masterklasslar iştirakçılarda böyük maraq doğurdu və hər kəs yaradıcı atmosferdə vaxtını xoş keçirdi.
Proqram çərçivəsində ilk olaraq “Dilək bankası hazırlayaq” masterklassı keçirildi. Ardınca iştirakçılar stəkan boyama masterklassında kreativ ideyalarını işə salaraq fərqli dizaynlar yaratdılar. Günün davamında şam hazırlama masterklassı ilə tədbir daha da rəngləndi və iştirakçılar əlləri ilə xüsusi şamlar hazırladılar.
Daha sonra keçirilən ətir hazırlama masterklassı iştirakçılara öz zövqlərinə uyğun fərdi ətirlər yaratmaq imkanı verdi. Günün sonunda isə gips fiqurlarının boyanması masterklassı ilə tədbir yekunlaşdı.
Qeyd edək ki, bu tip yaradıcı həftəsonu masterklassları “Əli və Nino”nun ziyarətçiləri üçün həm maraqlı istirahət, həm də faydalı təcrübə qazandıran xüsusi bir platformaya çevrilib.