Cerom Devid Selincer
Amerikan yazıçısı XX əsr Amerika ədəbiyyatının klassikiklərindən və novelistika ustalarından biri hesab olunur. Selincer 1 yanvar 1919-cu ildə ABŞ-ın Nyu-York şəhərində, kommersant ailəsində anadan olmuşdur.
Amerikan yazıçısı XX əsr Amerika ədəbiyyatının klassikiklərindən və novelistika ustalarından biri hesab olunur. Selencer 1 yanvar 1919-cu ildə ABŞ-ın Nyu-York şəhərində, kommersant ailəsində anadan olmuşdur. Pensilvaniyada Hərbi Akademiyanı və Nyu-York universitetini bitirmişdir. II Dünya müharibəsi illərində ABŞ ordusunda hərbi xidmətdə olmuş, Avropada bir neçə konslagerin azad edilməsində iştirak etmişdir. Əsərlərinin bir çoxunda müharibənin ağır təəssüratları hiss olunur. Selencerin ilk hekayələri hələ II Dünya müharibəsindən əvvəl qəzet və jurnallarda nəşr olunmağa başlamışdır.
Romanı çap edilməmişdən qabaq Ceromun artıq iyirmi altı əsəri, yeddi novellası işıq üzü görmüşdü. Daha sonralar yazdığı iki novellanı birləşdirərək 1953-cü ildə " Doqquz novella " kitabını çıxarmışdı.
1951-ci ildə yazıçının yeganə romanı olan “Çovdarlıqda uçurumdan qoruyan” romanı işıq üzü görmüşdür. Bu roman Selencerə dünya şöhrəti gətirmişdir. Sonrakı illərdə onun bir neçə povest və hekayəsi çapdan çıxmışdır. 1965-ci ildən sonra, ömrünün sonunadək, Cerom Devid Selencer qapalı həyat tərzi sürmüşdür. Devid Selincer 2010-cu il 27 yanvarda 91 yaşında Nyu-Hempir ştatında, öz evində vəfat etmişdir.
Cerom Devid Selencerin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.