Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Tomas Mann

Alman yazıçısı, esseisti, epik roman ustası, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Tomas Mann 1875-ci  ildə qədim liman şəhəri Lübekdə dünyaya gəlmişdir.

2.56 AZN 3.20 AZN
Aldanmış
pcs.
3.19 AZN 3.99 AZN
Venesiyada ölüm
pcs.
5.04 AZN 6.30 AZN
Избранник
pcs.
24 AZN 30 AZN
Buddenbrooklar
pcs.
24.64 AZN 30.80 AZN
Büyülü Dağ 1-2
pcs.
5.52 AZN 6.90 AZN
Değişen Kafalar
pcs.
15.99 AZN 19.99 AZN
Sehirli Dağ
pcs.
6.16 AZN 7.70 AZN
Venedik’te Ölüm
pcs.
6.48 AZN 8.10 AZN
Будденброки
pcs.
15.68 AZN 19.60 AZN
Будденброки
pcs.
7.20 AZN 9 AZN
Волшебная гора
pcs.
6.08 AZN 7.60 AZN
Доктор Фаустус
pcs.
5.28 AZN 6.60 AZN
Признания авантюриста Феликса Круля
pcs.

Thomas_Mann_1929.jpg1898-ci ildə Tomas Mann "Balaca cənab Frideman" kitabını çap etdirdi. Burada toplanan hekayələrdə müəllif ironik, kədərli bir tonla həyatda və sənətdə öz yerini axtaran utancaq, çəkingən gənc yazıçının – özünün surətini yaratmışdı. 

İlk romanında – avtobioqrafik səciyyəli "Buddenbroklar" əsərində (1901) müəllif öz ailə bizneslərinin timsalında Lübekdəki bir ticarət firmasının tənəzzülü və iflas tarixçəsini təsvir etmişdi. Həyati təcrübə ilə bilik, nəzəriyyə ilə praktika arasındakı mürəkkəb qarşılıqlı əlaqələr Tomas Mannın ilk ədəbi uğurlarından biri kimi qiymətləndirilən "Tonio Kreger" novellasının (1903) da əsasını təşkil edir. 

Nümunəvi ailə həyatı da Tomas Mannı bütün həyatı boyu təqib edən homoseksual asılılıqdan qurtara bilməmişdi. Bioqrafiyasının bu xoşagəlməz tərəfi onun "Venesiyada ölüm" (1913) novellasında əks olunmuşdu.

Tomas Mann intellektual nəsrin parlaq nümayəndələrindən biri idi. Bu nəsri səciyyələndirən xüsusiyyətlər yazıçının "Sehrli dağ" (1924) romanında daha qabarıq nəzərə çarpmaqdadır. Müəllif İsveçrənin dağ kurortlarının birində yüksək bilikli, dərin mənəviyyatlı adamların əhatəsinə düşən gənc mühəndis Hans Kantropun onların təsiri ilə burjua baxışlarından və burjua həyat tərzindən necə uzaqlaşmasının inandırıcı tarixçəsini yaratmışdı.

Nobel laureatı adını qazandıqdan sonra Tomas Mannın həm ədəbi, həm də siyasi həyatdakı fəallığı əhəmiyyətli dərəcədə artmışdı. O, Almaniya və İtaliyada baş qaldıran faşizmə kəskin etirazını açıq şəkildə bildirən ilk tanınmış ziyalılardan idi. 1930-cu ildə Berlində "Zəkaya müraciət edirəm!" adlı çıxışında Tomas Mann sosialistləri və liberal burjuaziyanı faşizmə qarşı mübarizədə vahid cəbhədə birləşməyə çağırırdı. Eyni ildə o, "Mario və sehrbaz" adlı siyasi alleqoriyasını yazmış, burada faşist liderləri Hitler və Mussolininin obrazlarını yaratmışdı.

Tomas Mann 1955-ci ildə dünyasını dəyişmişdir.

Tomas Mannın kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.