Emili Bronte
İngiltərə şairəsi Emili Bronte 1818-ci ildə Tornton, Yorkşirdə anadan olmuşdur.
6 uşağın 5-cisi olan Emili, Şarlotta Bronte nin kiçik bacısı idi. 1820-ci ildə ailə Havorda köçdü. Emilinin şairəlikdəki istedadının ailəsi tərəfindən kəşf edilməsi ilə, bacıları Şarlotta və Enn ilə birlikdə 1846-cı ildə ortaq bir şeir kitabı yayımladılar. Əsəri dövrün qadın yazıçılara qarşı qəsdi-qərəzliklərdən qurtula bilmək məqsədi ilə həm oğlan, həm də qadın adı olaraq işlədilən təxəllüslərlə çap etmişdilər. 1847-ci ildə tək romanı olan Tufanlı Yoxuşlar romanını yayımlamışdır ki, bu roman üç cildlik bir seriyanın ilk iki cildini təşkil edirdi. Son cild bacısı Enn tərəfindən yazılan Aqnes Qrey adlı romandır. Romanın müasirlikçi tərəfi tənqidçiləri ciddi bir şəkildə təəccübləndirmişdir. Hər nə qədər ilk yayımlananda həm yaxşı, həm də pis şərhlər alsa da, roman zamanla bir ingilis ədəbiyyatı klassiki halına gəlmişdir. 1850-ci ildə Şarlotta, romanı yayıma hazırlamış və Emilinin gerçək adıyla, təkbaşına bir əsər olaraq “Tufanlı Yoxuşlar” adıyla yayımlamışdır.
Qardaşının sentyabrdakı cənazəsi dövründə qrip olmuş və hər cür tibbi müdaxiləni rədd etdikdən sonra, 19 Dekabr 1848-ci il tarixində vəfat etmişdir. Havord, Qərbi Yorkşir bölgəsində dəfn edilmişdir.
Emili Brontenin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.