Paulo Koelyo
Tanınmış Braziliya yazıçısı və şairi Paulo Koelyo 1947-ci ildə Braziliyanın Rio de Janeyro şəhərində anadan olmuşdur.
1982-ci ildə ilk kitabını - “Cəhənnəm arxivləri” - ni nəşr etdirsə də, uğursuzluğa düçar olur. 1986-cı ildə “Vampirizm haqda əyani vəsait” kitabının işıq üzü görməsinə xeyli səy göstərsə də, sonradan “pis keyfiyyətdə olması” səbəbi ilə onu satış rəflərindən yığışdırmağa çalışdı. 1986-cı ildə Santyaqo de Kompostelaya (Santiago de Compostela) ziyarətə getdikdən sonra “Zəvvarlıq” əsərini yazır. Növbəti ildə Koelyo “Kimyagər” əsərini yazır və onun nəşrini Braziliyanın kiçik nəşriyyat evlərindən birinə tapşırır.“Kimyagər”in nəşrindən sonra hər növbəti iki ildə Paulo Koelyo yeni romanlar yazmağa başladı. Bunların sırasında “Rio-Pyedranın sahilində oturdum və ağladım”, “Beşinci dağ”, “Dünya döyüşçüsünün kitabı”, “Veronika ölməyə qərar verir”, “İblis və senyorita Prim”, “On bir dəqiqə”, “Zahir”, “Axar çay kimi”, “Portobellolu ifritə”, “Aldatmaq” əsərlərini qeyd etmək olar.
Ümumilikdə, Koelyonun müəllifi olduğu 30 kitab nəşr olunub. “Zəvvarlıq”, “Valkiriyalar” və “Elif” əsərləri avtobioqrafik xarakter daşıyır.
Paulo Koelyonun kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.