Çingiz Aytmatov
Qırğızıstan yazıçısı olan Çingiz Aytmatov 1928-ci ildə dünyaya gəlmişdir.
Çingiz Aytmatovun 1952-ci ildə dövri mətbuatda qırğız dilindəki ilk əsərləri çap olunmağa başladı. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Çingiz Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb. Bu povestdən başqa "Manqurt", "Dəniz qırağı ilə qaçan Alabaş" və s. kimi əsərləri yazıçının oxucu kütləsinin artımına çıx böyük təsir etdi.
1990–1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb.Aytmatov 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub.
10 iyun 2008-ci il tarixində pnevmoniya xəstəliyi səbəbindən müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat etmişdir.
Çingiz Aytmatovun kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.