Vladimir Nabokov
Vladimir Nabokov 1899-cu ildə Sankt-Peterburqda zadəgan ailəsində dünyaya göz açmışdır.
1923-1940-cı illər arasında onun yazdığı roman və hekayələr rus dilində olmağına rəğmən xaricdə yaşayan ruslar arasında müvəffəqiyyət qazanmışdı. "Lujinin müdafiəsi" (1929-30), "Vergi" (1937), "Qətlə dəvət" (antiutopiya; 1935-1936) və digər əsərlərində istedad sahibi ilə saxtakar, xırdaçı, alçaq meşşan dünyası arasında mənəvi ziddiyyətlər əks olunur. Amma Nabokov məhdud sosial çərçivədə qalmır, müxtəlif dünyalar arasındakı ziddiyyətlərin metafizik qatlarına gedib çıxır. Yenilik və azadlıq hissi Nabokovun əsərlərinə parlaq dil-üslub özəllikləri verir. Bunun hesabına o, öz stilini təkmilləşdirir.
Nabokovun məşhur "Lolita" (1955) bestselleri erotika, sevgi prozası və sosial-tənqidi didaktikanın birləşməsi təcrübəsi kimi meydana çıxıb. Əsər zərif estetizm və fəlsəfi dərinliklə şərtlənir. Romanda qoyulan əsas problemlərdən biri sevgini darmadağın eləyən eqoizm mövzusudur.
Yazıçı 1977-ci ildə ABŞ-ın Lozanna ştatında vəfat etmişdir.
Vladimir Nabokovun kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.