Orxan Pamuk
Türkiyə roman yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamuk 1952-ci ildə İstanbulda doğulmuşdur. Hazırda Nyu-Yorkda yaşayır.
Orxan Pamuk yazmağa 22 yaşından başlasa da, "Cövdət bəy və oğulları" adlı ilk romanı 1982-ci ildə çapdan çıxmışdı və dərhal da diqqəti çəkərək Orxan Kamal roman mükafatını almışdı. Tarixi mövzuda yazılmış "Ağ qala" (1985) romanı isə yazıçıya beynəlxalq miqyasda şöhrət qazandırmışdı. Əsərin çapından az sonra "Nyu-York Tayms" qəzeti yazmışdı: "Şərqdə yeni ulduz doğmuşdur. O, türk yazıçısı Orxan Pamukdur".
Orxan Pamuk "Səssiz ev" (1983), "Qara kitab" (1990), "Yeni həyat" (1994), "Qar" (2002) romanlarının, "İstanbul. Xatirələr və şəhər" (2003) memuarlarının və "Başqa rənglər" (1999) adlı esselər kitabının da müəllifidir.
Pamuk 2006-cı il dekabrın 7-də İsveç Akademiyasında türk dilində "Babamın bavulu" adlı Nobel mühazirəsi oxumuş, dekabrın 10-da isə İsveç kralı Qustavın əlindən Nobel mükafatının qızıl medalını və diplomunu almışdı.
Orxan Pamukun kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.