Cəmşid Əmirov
Nasir, Azərbaycan ədəbiyyatında detektiv janrının banisi, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəmşid Əmirov 1918-ci il fevralın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur.
"Vətən müharibəsı" (I dərəcəli), "Qırmızı ulduz" ordenləri, "Döyüşdə fərqlənməyə görə", "Köniqsberqin alınmasına görə", "Berlinin alınmasına görə", "Almaniya üzərində qələbəyə görə", "Yaponiya üzərində qələbəyə görə" medallarına layiq görülmüşdür. Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlamışdır. Onun ilk mətbu oçerki "Dəqiqələr, saniyələr…" "Azərbaycan gəncləri" qəzetinin 28 avqust 1946-cı il tarixli sayında dərc edilmişdir.
1982-ci il dekabrın 29-da vəfat etmişdir.
Əsərləri:
- Brliyant məsələsi. Bakı: 1962, 424 səh.
- Sahil əməliyyatı. Bakı: Uşaqgəncnəşr, 1958, 274 səh.
- Brilliant məsələsi. Bakı: Azərnəşr, 1963, 328 səh.
- Qara "Volqa". Bakı: Azərnəşr, 1966, 312 səh.
- Qara "Volqa". Bakı: Azərnəşr, 1969, 312 səh.
- Şəhər yatarkən. Bakı: Yazıçı, 1982, 200 səh.
Cəmşid Əmirovun kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.