Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Qabriel Qarsiya Markes

Kolumbiyalı romançı, jurnalist, ssenarist, qıssa-hekayə yazıçısı, Neyştadt Beynəlxalq Ədəbiyyat Mükafatı (1972) və Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1982) Qabriel Qarsiya Markes 1927-ci ildə Karib dənizi sahilindəki Arakataka şəhərində doğulmuşdur.

6.80 AZN 8.50 AZN
Генерал в своем лабиринте
pcs.
5.28 AZN 6.60 AZN
Глаза голубой собаки (9785170836994)
pcs.
5.76 AZN 7.20 AZN
О любви и прочих бесах
pcs.
6.08 AZN 7.60 AZN
Проклятое время
pcs.
15.20 AZN 19 AZN
Сто лет одиночества
pcs.
5.28 AZN 6.60 AZN
Хроника объявленной смерти
pcs.
7.68 AZN 9.60 AZN
Вспоминая моих несчастных шлюшек
pcs.
57.60 AZN 72 AZN
Сто лет одиночества
pcs.
9.28 AZN 11.60 AZN
Сто лет одиночества
pcs.
17.60 AZN 22 AZN
Сто лет одиночества
pcs.
12.96 AZN 16.20 AZN
Сто лет одиночества
pcs.
15.04 AZN 18.80 AZN
Сто лет одиночества
pcs.
9.04 AZN 11.30 AZN
Увидимся в августе
pcs.
5.84 AZN 7.30 AZN
Шалая листва
pcs.

250px-Gabriel_García_Márquez_02.jpg1954-cü ildə Markes "Espektador"da müxbir kimi daimi işə götürülmüş və Avropaya göndərilmişdi. Avropa limanlarına yan alan Kolumbiya hərbi gəmilərinin narkotik qaçaqmalçılığı ilə məşğul olmaları haqqındakı silsilə məqalələri gənc jurnalistin həm özünə, həm də əməkdaşı olduğu qəzetə baha başa gəlmişdi. "Espektador" bağlanmış, Markes işsiz qalmışdı. Bu dövrdə Markesin sadəcə jurnalist və ədəbiyyat həvəskarı deyil, yazıçı olduğunu göstərən "Yanmış yarpaq" (1955) povesti çap edilmişdi. Bir neçə il Avropada ispandilli qəzetlərin ştatdankənar müxbiri və Kubanın Prensa Latina dövlət agentliyinin əməkdaşı kimi çalışdıqdan sonra yazıçı 1961-ci ildə Mexikoya köçmüşdü. "Polkovnikə  məktub yoxdur" (1961) povesti və "Böyük Ananın dəfni" (1962) hekayələr məcmuəsi burada nəşr olunmuşdu. Lakin Markesə həm ədəbi, həm də kommersiya uğuru gətirən əsəri 1967-ci ildə çap etdirdiyi "Yüz ilin tənhalığı" romanı olmuşdu. Pablo Neruda bu romanın meydana çıxmasını Servantesin "Don Kixot"undan sonra ispandilli ədəbiyyatın ikinci mühüm hadisəsi hesab etmişdi. "Patriarxın payızı" (1975) adlandırdığı ikinci romanında isə Qarsia Markes Latın Amerikası diktatorlarının ümumiləşdirilmiş obrazını yaratmışdı. "Elan olunmuş qətlin xronikası"nda (1981) yazıçı bir daha sözə sahiblik qüdrətini, orijinal və mürəkkəb süjet qurmaq məharətini nümayiş etdirmişdi. 1982-ci ildə Qabriel Qarsia Markes "fantaziya və reallığın bir-biri ilə qarışığından ibarət olan və bütöv bir regionun həyatını, münaqişələrini əks etdirən əsərlərinə görə" Latın Amerikası ədəbiyyatının ilk Nobel laureatı olmuşdu. Şübhəsiz, mükafat Kolumbiya yazıçısına həmin dövrə qədərki bütün yaradıcılığı üçün verilsə də, burada "Yüz ilin tənhalığ"ı romanın xüsusi çəkisi olmuşdu.

2004-cü ildə Qarsia Markes böyük səs-küy yaradan növbəti əsərini — "Mənim hüzünlü fahişələrim" romanını tamamlayaraq Kolumbiya nəşriyyatlarından birinə təqdim etmişdi.

Qabriel Qarsiya Markes 17 aprel 2014-cü ildə Mexikoda vəfat etmişdir.

Qabriel Qarsiya Markesin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.