Luiza Mey Alkott
Görkəmli ABŞ yazıçısı Luiza Mey Alkott Filadelfiyada, transendentalist Amos Branson Alkott və Abigeyl Mey Alkottun ailəsində 1832-ci ilin 29 noyabrında atasının 33-cü ad günündə dünyaya gəlmişdir.
Onun ədəbi nailiyyəti 1868-ci ildə çap etdirdiyi "Balaca qadınlar" romanı olmuşdur. Bu roman onun üç bacısı ilə Konkordda yaşadıqları zamandan bəhs edir. 1869-cu ildə romanın ikinci hissəsi "Yaxşı həyat yoldaşları" çapdan çıxır. Burada müəllif Meq, Co, Bet və Eminin gələcək həyatlarını təsvir edir. Müəllif 1871-ci ildə "Balaca kişilər" adlı romanı yazır və burada Conun əri ilə birlikdə açdığı məktəbdən bəhs edir. 1886-cı "Conun oğlanları" adlı romanla bu mövzuya son qoyur.
Yazıçı 1888-ci il 6 martda Bostonda vəfat etmişdir.
Luiza Mey Alkottun kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.