Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Cəfər Cabbarlı

Dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi olan Cəfər Cabbarlı 1899-cu il martın 20-də Xızı kəndində yoxsul bir kəndli ailəsində dünyaya gəlmişdir.

3.59 AZN 4.49 AZN
Od gəlini
ədəd
15.99 AZN 19.99 AZN
Cəfər Cabbarlı bütün əsərləri
ədəd
8.55 AZN 9 AZN
Mən bir susmaz duyğuyam ki...
ədəd
2.79 AZN 3.49 AZN
Oqtay Eloğlu
ədəd
2.79 AZN 3.49 AZN
Sevil
ədəd

239px-Jafar_Jabbarly_3.pngCəfər Cabbarlının yaradıcılığı 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi dövrü əhatə edir.

Cəfər Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915–1916-cı ildə qələmə almışdır. O, yaradıcılığına şeirlə başlasa da, səs gətirən əsərlərini dramaturgiya janrında qələmə almış və Azərbaycan dramaturqu və teatr xadimi kimi məşhurlaşmışdır.

Şair Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını milli-azadlıq ideyaları ilə zənginləşdirmişdir.

Dramaturq 1917-ci ildə Osmanlı tarixinə dair “Trablis müharibəsi” və ya “Ulduz” və “Ədirnə fəthi” pyeslərini qələmə almışdır. Şairin  “Bakı müharibəsi” adlı  əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, ermənilərin azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur.

1920–1923-cü illər Cəfər Cabbarlı yaradıcılığının ikinci dövrü olaraq sayılır. Bu dövrdə qələəmə aldığı  “Aydın” (1919) və “Oqtay Eloğlu” (1921) pyesləri ən tanınmış əsərlərdir.  Hər iki əsər 1921–1923-cü illərdə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuşdur. 

Cəfər Cabbarlı 1920–1930-cu illərdə Azərbaycan dramaturgiyasının ən populyar dramaturqu hesab olunurdu.  1928-ci ildən etibarən şairin yaradıcılığının üçüncü dövrü başlayır.  Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra bir müddət dram yaradıcılığına ara verən yazıçı 1927-ci ildə “Sevil” əsərini yazmışdır. Əsər qadın azadlığı mövzusunda yazılmışdır.

Get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət veməyən Cəfər Cabbarlı çox zəifləyir və 1934-cü il dekabrın 31-də vəfat edir.

Cəfər Cabbarlının kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.