Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Cəlil Məmmədquluzadə

 Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadə 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur.

2.79 AZN 3.49 AZN
Ölülər
ədəd
3.99 AZN 4.99 AZN
Poçt qutusu
ədəd
11.40 AZN 12 AZN
Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri
ədəd
2.72 AZN 3.40 AZN
Danabaş kəndinin əhvalatları
ədəd
3.19 AZN 3.99 AZN
Danabaş kəndinin əhvalatları
ədəd
3.60 AZN 4.50 AZN
Hekayələr
ədəd
4.32 AZN 5.40 AZN
Hekayələr
ədəd
7.57 AZN 8.90 AZN
Saqqallı uşaq
ədəd
3.80 AZN 4 AZN
Xatıratım
ədəd

250px-Jalil_Mammadguluzadeh,_c._1920.jpgCəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı taixində jurnalist və publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınmışdır. Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. Bir sıra kiçik hekayələrini, "Danabaş kəndinin əhvalatları" (1936-cı ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. Cəlil Məmmədquluzadənin ilk yaradıcılıq dövrü 1905-ci il inqilabına qədər davam etmişdir. Bu dövrdə "Çay dəstgahı" adlı alleqorik mənzum dramını, "Danabaş kəndinin əhvalatları" povestini, "Danabaş kəndinin məktəbi", "Kişmiş oyunu", "Poçt qutusu" hekayələrini yazmış, rus dilindən bəzi tərcümələr etmişdir.

XX əsrin əvvəllərindən etibarən Cəlil Məmmədquluzadə bədii yaradıcılıqla da ardıcıl məşğul olmuşdur. Qüdrətli yazıçının "Usta Zeynal" (1905), "Dəllək" (1906), "İranda hürriyyət" (1906), "Fatma xala" (1906), "Qurbanəli bəy", "Quzu" (1914), "Nigarançılıq" (1916), "Konsulun arvadı" (1918), "Pirverdinin xoruzu" (1906) və b. hekayələri onu kiçik janrın böyük ustadı kimi tanıtmışdır.

XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən "Ölülər" komediyası 1909-cu ildə yazılmışdır. Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapmışdır.

XX əsr Azərbaycan nəsri və dramaturgiyasının inkişafında yeni bir mərhələ olan birpərdəli "Kamança" pyesi 1920-ci ildə Şuşada yazılmışdır. Pyesdəki hadisələr Qarabağda cərəyan edir və həmin dövrdə Qarabağda yaşayan ədibin real həyati müşahidələri əsasında qələmə alınmışdır.

"Dəli yığıncağı" tragikomik pyesi 1927-ci ildə Bakıda yazılmışdır. Əsərdə Cənubi Azərbaycan zəhmətkeşləri üzərində ağalıq edən müstəmləkəçilərin soyğunçuluğu, özbaşınalığı, xarici düşmənlərin mənafeyini müdafiə edən mühafizəkar ruhanilərin geniş kütlələri mövhumatda saxlamaqları kəskin tənqid olunmuşdur.

Dörd pərdəli "Ər" pyesi 1930-cu ildə sovet hakimiyyəti illərində yazılmışdır. Əsərdə sovet hakimiyyətinin başlanğıc illərində Azərbaycanda gedən ictimai proseslər əks olunmuşdur.

Cəlil Məmmədquluzadənin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.