Sizin səbətiniz boşdur

AST

AST Nəşriyyat Evi 1990-cı ildə əsası qoyulmuş Rusiya kitab bazarında lider mövqe tutan ən böyük nəşriyyatlardan biridir. 

AST demək olar ki, bütün janrlarda kitablar nəşr edir. Bunlar intellektual və əyləncəli ədəbiyyat, rus və xarici klassiklər, dərslik və dərs vəsaitləri, elmi kitablardır. Nəşriyyat ildə 40 milyon nüsxədən çox kitab istehsal edir və ölkənin ən güclü redaksiya kollektivini birləşdirib. AST nəşriyyatı ən böyük müəllif portfelinə sahibdir - 5000-dən çox müəllif. Hər ay 500-dən çox yeni kitab nəşr olunur. Nəşriyyatın müəllifləri arasında dünya şöhrətli yazıçılar Stiven Kinq, Paulo Koelyo, Den Braun, Anna Qavalda, Donna Tartt, Nil Qeyman, Harper Li, Paula Hokins, Ceyms Daşner, Corc Martin; eləcə də məşhur rus müəllifləri: Boris Akunin, Dmitri Qluxovski, Lyudmila Ulitskaya, Guzel Yakhina, və bir çox başqaları.
Nəşriyyat 3 əsas redaksiyadan ibarətdir. 
-    Bədii ədəbiyyat
-    Tədbiqi ədəbiyyat
-    Uşaq ədəbiyyatı
AST nəşriyyatı ozündə bir neçə nəşriyyatı birləşdirib. Bunlara misal olaraq «Neoclassic», «Corpus», «ЖАНРЫ», «АСТРЕЛЬ СПБ», «ВРЕМЕНА», «Lingua» kimi nisbətən kiçik nəşriyyatların adlarını çəkmək olar. 
2012-ci ildə  AST nəşriyyatı EKSMO nəşriyyatı ilə birləşdi və artıq 2013-cü ildə EKSMO-AST qrupu kitab nəşriyyatlarının dünya reytinqində 45-ci yeri tutdu.

AST nəşriyatının kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.