Sizin səbətiniz boşdur

C. K. Roulinq

 Britaniyalı yazıçı. Coan Ketlin Roulinq (ing. J. K. Rowling, Joanne Kathleen Rowling) adı altında, dünyanın 65-dən çox dilinə tərcümə edilən Harri Potter romanlar seriyasının yazıçısı kimi bilinir.

Гарри Поттер и Орден Феникса-5 часть
Bərk
Дж.К.Роулинг
20%
27.50 AZN
22 AZN

250px-Jk-rowling-crop.jpg1990-cı ildə Roulinq dörd saata gecikən Mançesterdən Londona gedən qatarda olarkən, sehrbazlıq məktəbinə gedən cavan bir oğlan haqqında əhvalat onun ağlında "tamamilə formalaşıb".Yeni kitab özü maq olduğunu başa düşən və sonra sehr məktəbinə gedən oğlan haqqında idi. Şotlandiya İncəsənət Birliyi ona kitabı bitirmək üçün qrant verib və bir neçə uğursuzluqdan sonra, axırda o Harri Potter və Fəlsəfə Daşı romanını Bloomsbury Publishing nəşriyyatına (Britaniya) 4000 ABŞ $ satıb. 

1997-ci ilin iyununda çıxan "Harri Potter və Fəlsəfə Daşı" romanı sensasiya olmuş: naməlum müəllifin birinci kitabı Britaniyada ilin ən yaxşı uşaq kitabı kimi tanınmışdır.

Birinci kitabdan sonra o, "Harri Potter və Sirlər Otağı" (1998), "Harri Potter və Azkaban Məhbusu" (1999), "Harri Potter və Alov Qədəhi" (2000), "Harri Potter və Simurq Ordeni" (2003), "Harri Potter və Mələz Prins" (2005), "Harri Potter və Ölüm Yadigarları" (2007) və seriyanın əlavə kitablarını yazır və nəşr etdirir.

1998-ci ildə Warner Bros. Rolinqın iki romanların hüquqlarını onları ekranlaşdırmaq üçün alır.

2001-ci ildə rejissor Kris Kolambus çəkdiyi "Harri Potter və Fəlsəfə Daşı" filmi ekranlara çıxır. Bundan sonra 2002-ci ildə "Harri Potter və Sirlər Otağı" filmi çıxır. Roulinqın üçüncü, dördüncü, beşinci və altıncı romanların ekranlaşdırmalar 2004-cü, 2005-ci, 2007-ci və 2009-cu illəri əhatə edir. Yeddinci kitabın ekranlaşdırılması  2 filmdən ibarətdir, onlar 2010-cu və 2011-ci illəri əhatə edir.

Romanların seriyası 60-dan çox dilinə tərcümə edildi, dünyada kitabların 40 mln.-dan çox surəti satıldı.

Coan Ketlin Roulinqin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.