Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Mirzə Fətəli Axundov

 Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim, Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi, romantik və müasir İran millətçiliyinin sələflərindən biri olan Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur.

13.30 AZN 14 AZN
Aldanmış qadın
pcs.
7.60 AZN 8 AZN
Saxta Bernis
pcs.
11.40 AZN 12 AZN
Pulun metafizikası
pcs.
9.50 AZN 10 AZN
Müqəddəs Fransis
pcs.
11.40 AZN 12 AZN
Hans Magnus Enzensberger – Şeirlər
pcs.
11.40 AZN 12 AZN
Trençini xatırlayacaqsanmı?
pcs.
11.40 AZN 12 AZN
Yunan ədəbiyyatı antologiyası
pcs.
11.40 AZN 12 AZN
Saf daş
pcs.
13.30 AZN 14 AZN
Kvazi Modonun şəhəri
pcs.
7.60 AZN 8 AZN
Gizli yaralar
pcs.
7.60 AZN 8 AZN
Çağdaş gürcü şeiri – Antologiya
pcs.
9.50 AZN 10 AZN
Bir gün buna güləcəyik…
pcs.
9.50 AZN 10 AZN
Kaş kimsə gələrdi…
pcs.
13.30 AZN 14 AZN
Sarborun dünyası
pcs.
13.30 AZN 14 AZN
Şərqin və Qərbin hakimləri Səlcuqlar
pcs.
7.60 AZN 8 AZN
Boşluq
pcs.
13.30 AZN 14 AZN
Çağdaş gürcü hekayəsi - Antologiya
pcs.
9.50 AZN 10 AZN
Modernləşmə nəzəriyyəsi
pcs.
11.40 AZN 12 AZN
Don Kasmurro
pcs.
13.30 AZN 14 AZN
Qırmızı şəhər
pcs.
13.30 AZN 14 AZN
Bizim Auşvitzdə
pcs.
11.40 AZN 12 AZN
Qadınlar və daşlar
pcs.
11.40 AZN 12 AZN
Sutinin son səfəri
pcs.
13.30 AZN 14 AZN
Hörüklü qız
pcs.
9.50 AZN 10 AZN
Atamın yuxuları
pcs.
7.60 AZN 8 AZN
Üç dahi
pcs.
11.40 AZN 12 AZN
İlk və son azadlıq
pcs.
11.40 AZN 12 AZN
Mənim Ben Qurionum
pcs.
5.70 AZN 6 AZN
Kandid, yaxud optimizm
pcs.
13.30 AZN 14 AZN
Krala məktub
pcs.
15.20 AZN 16 AZN
Yer Ananın Övladları
pcs.
5.70 AZN 6 AZN
Aniyeyə açıqça
pcs.
13.30 AZN 14 AZN
Qar dənəsi
pcs.
9.50 AZN 10 AZN
Flamand həyatından hekayələr
pcs.
6.65 AZN 7 AZN
Küçədən keçən adam haqda yazılar
pcs.
7.60 AZN 8 AZN
Antixrist. Xristianlığa lənət
pcs.
15.20 AZN 16 AZN
Mən batayam – Bunu sübut edəcəm
pcs.
5.70 AZN 6 AZN
Partlayan kerosinin sakitləşdirici səsi
pcs.
13.30 AZN 14 AZN
Qayalı
pcs.
13.30 AZN 14 AZN
Ruh taciri
pcs.
Страница:

Mirzə_Fətəli_Axundov.jpgAxundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluluğu fikrini müdafiə edirdi.

M.F.Axundzadə 1850–1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. 

Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi tələbələri Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani ilə birlikdə Bakı məktəblərinin birində məşhur "Hacı Qara" əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. 

M.F.Axundzadə 1837-ci ildə — 25 yaşında ikən "Puşkinin ölümünə Şərq poeması"nı yazmış və dərhal da rus dilində "Moskovskiy nablyudatel" jurnalında çap etdirmişdir. O, Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir.

Dramaturq kimi şöhrətlənən M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası 1851-ci ildə Peterburqda ev teatrında , "Xırs quldurbasan" və "Vəzir-xani Lənkəran" komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.

M.F.Axundovun fəlsəfə, ədəbiyyat, sənət haqqında fikir və mülahizələri əsasən onun Kəmalüddövlə məktubları adlı fəlsəfi traktatında, eləcə də "Föhristi-kitab"(1859), "Nəzm və nəsr haqqında"(1859), "Tənqid risaləsi"(1860), "İranın yüksək millət qəzetəsi haqqında kritika" (1866), "Mirzə Ağanın pyesləri haqqında kritika"(1871) və s. bu kimi məqalələrində böyük mütəfəkkirin sənətdə realizm, ənənə (tendensiya), bədiilik və onun meyarları, məzmun və forma vəhdəti, ideya və müasirlik, tənqid və onun əhəmiyyəti və s. bu kimi məsələlərlə bağlı fikir və mülahizələri öz əksini tapmışdır.

Bütün həyatını xalqının tərəqqisinə həsr edən M.F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi M.Ş. Vazehin qəbri yanında dəfn olunmuşdu.

M.F.Axundovun kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.