Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Mirzə Fətəli Axundov

 Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim, Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi, romantik və müasir İran millətçiliyinin sələflərindən biri olan Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur.

28 AZN
Hermiona Granger with Crookshanks
pcs.
50 AZN
Kristal bənövşəyi çanta
pcs.
55 AZN
Qızılı çanta
pcs.
60 AZN
Dobby with his socks
pcs.
12 AZN
Toxunmanı öyrənmək istəyənlər üçün set: DİY Amigurumi crochet kit Avokado
pcs.
8 AZN
12 ləçəkli ayçiçəyi kitab əlfəcini
pcs.
8.50 AZN
Lalə kitab əlfəcini
pcs.
6 AZN
9 ləçəkli ayçiçəyi kitab əlfəcini
pcs.
10 AZN
Ron açarlıq
pcs.
2 AZN
Mini balqabaq saç sancağı
pcs.
8 AZN
Ultra yumşaq Avokado brelok
pcs.
7 AZN
Avokado açarlıq
pcs.
12 AZN
Çınqıraqlı və tutacaqlı oyuncaq dovşan
pcs.
6 AZN
Lily açarlıq
pcs.
8 AZN
Uğur gətirən tısbağa açarlıq yaşıl
pcs.
10 AZN
Qurbağa kitab əlfəcini
pcs.
7 AZN
Uğur gətirən tısbağa (xaki)
pcs.
85 AZN
Uşaq paltarlarından hazırlanmış buket 3
pcs.
60 AZN
Uşaq paltarlarından hazırlanmış buket 2
pcs.
60 AZN
Uşaq paltarlarından hazırlanmış buket 1
pcs.
7.65 AZN 8.50 AZN
Orkun Kökçü
pcs.
11.25 AZN 12.50 AZN
Sword Art Online - Fairy Dance 1
pcs.
9.18 AZN 10.20 AZN
İblis Keser 15. Cilt
pcs.
11.25 AZN 12.50 AZN
Beş Yaprak Cilt-2
pcs.
9.18 AZN 10.20 AZN
Jujutsu Kaisen 17.Cilt
pcs.
11.25 AZN 12.50 AZN
Yotsuba&! 3. Cilt
pcs.
9.18 AZN 10.20 AZN
Jujutsu Kaisen 11
pcs.
7.02 AZN 7.80 AZN
Ronaldinho - Benim Futbol Kahramanım
pcs.
9.30 AZN 10.95 AZN
Dünyanın ən yaxşı anası
pcs.
35.82 AZN 39.80 AZN
Çanta \ Bag \ Рюкзак Harry Potter
pcs.
8.45 AZN 9.95 AZN
Akvarium
pcs.
12.67 AZN 14.90 AZN
Qəzəb salxımları
pcs.
14.37 AZN 16.90 AZN
Zamir
pcs.
13.52 AZN 15.90 AZN
Min öpüş
pcs.
8.49 AZN 9.99 AZN
Sirli bağ
pcs.
9.27 AZN 10.90 AZN
A Portrait of the Artist as a Young Man
pcs.
15 AZN
Sirus Təbrizli. Kəramət mücahidi
pcs.
10 AZN
Диалог с вселенной
pcs.
10 AZN
Kainatla dialoq
pcs.
5.59 AZN 6.99 AZN
Mio, mənim Miom
pcs.
Страница:

Mirzə_Fətəli_Axundov.jpgAxundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluluğu fikrini müdafiə edirdi.

M.F.Axundzadə 1850–1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. 

Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi tələbələri Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani ilə birlikdə Bakı məktəblərinin birində məşhur "Hacı Qara" əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. 

M.F.Axundzadə 1837-ci ildə — 25 yaşında ikən "Puşkinin ölümünə Şərq poeması"nı yazmış və dərhal da rus dilində "Moskovskiy nablyudatel" jurnalında çap etdirmişdir. O, Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir.

Dramaturq kimi şöhrətlənən M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası 1851-ci ildə Peterburqda ev teatrında , "Xırs quldurbasan" və "Vəzir-xani Lənkəran" komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.

M.F.Axundovun fəlsəfə, ədəbiyyat, sənət haqqında fikir və mülahizələri əsasən onun Kəmalüddövlə məktubları adlı fəlsəfi traktatında, eləcə də "Föhristi-kitab"(1859), "Nəzm və nəsr haqqında"(1859), "Tənqid risaləsi"(1860), "İranın yüksək millət qəzetəsi haqqında kritika" (1866), "Mirzə Ağanın pyesləri haqqında kritika"(1871) və s. bu kimi məqalələrində böyük mütəfəkkirin sənətdə realizm, ənənə (tendensiya), bədiilik və onun meyarları, məzmun və forma vəhdəti, ideya və müasirlik, tənqid və onun əhəmiyyəti və s. bu kimi məsələlərlə bağlı fikir və mülahizələri öz əksini tapmışdır.

Bütün həyatını xalqının tərəqqisinə həsr edən M.F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi M.Ş. Vazehin qəbri yanında dəfn olunmuşdu.

M.F.Axundovun kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.