Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Mirzə Fətəli Axundov

 Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim, Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi, romantik və müasir İran millətçiliyinin sələflərindən biri olan Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur.

9.31 AZN 10.95 AZN
Bəhanələrə yox
pcs.
7.51 AZN 7.90 AZN
Alisa möcüzələr aləmində
pcs.
10 AZN
Boyunbağı / Колье / Necklace Yellow Harmony
pcs.
14 AZN
Boyunbağı / Колье / Necklace Pearl Shine
pcs.
25 AZN
Bilərzik / Браслет / Bracelet 585 əyar qızıl dorika ilə qolbaq
pcs.
7 AZN
Bilərzik / Браслет / Bracelet 585 əyar qızıl dorika muncuqla Fil talismanı
pcs.
10 AZN
Bilərzik / Браслет / Bracelet Night Spark
pcs.
9 AZN
Bilərzik / Браслет / Bracelet Golden Spark
pcs.
10 AZN
Bilərzik / Браслет / Bracelet Star Path
pcs.
7 AZN
Bilərzik / Браслет/ Bracelet Turquoise Dream
pcs.
10 AZN
Bilərzik / Браслет/ Bracelet Blue Magic
pcs.
15 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı 15
pcs.
15 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı 14
pcs.
18 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı 13
pcs.
5 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı 12
pcs.
5 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı 11
pcs.
8 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı 10
pcs.
8 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı 9
pcs.
8 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı 8
pcs.
12 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı 7
pcs.
8 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı 6
pcs.
8 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı 5
pcs.
8 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı 4
pcs.
8 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı 3
pcs.
8 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı 2
pcs.
8 AZN
Boyunbağı / Колье / Necklace Sadə kristal muncuqdan hazırlanmış boyunbağı
pcs.
16 AZN
Boyunbağı / Колье / Necklace Endless Blue
pcs.
15 AZN
Boyunbağı / Колье / Necklace Cosmic Blue
pcs.
15 AZN
Boyunbağı / Колье / Necklace Midnight Sky
pcs.
15 AZN
Boyunbağı / Колье / Necklace Tiger’s Gaze
pcs.
15 AZN
Boyunbağı / Колье / Necklace Gentle Soul
pcs.
15 AZN
Boyunbağı / Колье / Necklace Mystic Aura
pcs.
16 AZN
Boyunbağı / Колье / Necklace Night Star
pcs.
10 AZN
Boyunbağı / Колье / Necklace Sweet Dream 2
pcs.
17 AZN
Boyunbağı / Колье / Necklace Sweet Dream
pcs.
10 AZN
Boyunbağı / Колье / Necklace Green Harmony
pcs.
15 AZN
Boyunbağı / Колье / Necklace Burgundy Agate
pcs.
7 AZN
Bilərzik / Браслет / Bracelet . Colorful Agate 3
pcs.
7 AZN
Bilərzik / Браслет / Bracelet . Colorful Agate 2
pcs.
8 AZN
Bilərzik / Браслет / Bracelet . Colorful Agate
pcs.
Страница:

Mirzə_Fətəli_Axundov.jpgAxundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluluğu fikrini müdafiə edirdi.

M.F.Axundzadə 1850–1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. 

Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi tələbələri Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani ilə birlikdə Bakı məktəblərinin birində məşhur "Hacı Qara" əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. 

M.F.Axundzadə 1837-ci ildə — 25 yaşında ikən "Puşkinin ölümünə Şərq poeması"nı yazmış və dərhal da rus dilində "Moskovskiy nablyudatel" jurnalında çap etdirmişdir. O, Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir.

Dramaturq kimi şöhrətlənən M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası 1851-ci ildə Peterburqda ev teatrında , "Xırs quldurbasan" və "Vəzir-xani Lənkəran" komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.

M.F.Axundovun fəlsəfə, ədəbiyyat, sənət haqqında fikir və mülahizələri əsasən onun Kəmalüddövlə məktubları adlı fəlsəfi traktatında, eləcə də "Föhristi-kitab"(1859), "Nəzm və nəsr haqqında"(1859), "Tənqid risaləsi"(1860), "İranın yüksək millət qəzetəsi haqqında kritika" (1866), "Mirzə Ağanın pyesləri haqqında kritika"(1871) və s. bu kimi məqalələrində böyük mütəfəkkirin sənətdə realizm, ənənə (tendensiya), bədiilik və onun meyarları, məzmun və forma vəhdəti, ideya və müasirlik, tənqid və onun əhəmiyyəti və s. bu kimi məsələlərlə bağlı fikir və mülahizələri öz əksini tapmışdır.

Bütün həyatını xalqının tərəqqisinə həsr edən M.F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi M.Ş. Vazehin qəbri yanında dəfn olunmuşdu.

M.F.Axundovun kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.