Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Mirzə Fətəli Axundov

 Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim, Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi, romantik və müasir İran millətçiliyinin sələflərindən biri olan Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur.

19 AZN
Pambıq parçadan eko çanta 2
pcs.
19 AZN
Pambıq parçadan eko çanta
pcs.
18 AZN
Milli parçadan eko çanta
pcs.
31.64 AZN 33.30 AZN
Flomaster \ фломастер Faber Castell Black Edition 20 colours
pcs.
6 AZN
Döşəkçə
pcs.
35 AZN
Ənənə nəfəsi
pcs.
45 AZN
Torpaq payı
pcs.
200 AZN
Divanüstü
pcs.
7 AZN
Çəhrayı döşəkçə
pcs.
6 AZN
Qurama döşək
pcs.
40 AZN
Mütəkkə (2 ədəd)
pcs.
6 AZN
Balaca mütəkkə
pcs.
6.79 AZN 7.99 AZN
Siqareti Tərgitməyin Asan Yolu
pcs.
52 AZN 65 AZN
Çanta \ Bag \ Рюкзак Harry Potter
pcs.
0.57 AZN 0.60 AZN
Dəftər \ Тетрадь Hatber Cizgi film A5 12 vərəq (xətli)
pcs.
0.57 AZN 0.60 AZN
Dəftər \ Тетрадь Hatber A5 12 vərəq (xətli)
pcs.
0.67 AZN 0.70 AZN
Dəftər \ Тетрадь Galaxy A5 24 vərəq (xətli)
pcs.
0.76 AZN 0.80 AZN
Dəftər \ Тетрадь AcademyStyle A5 24 vərəq (xətli)
pcs.
0.86 AZN 0.90 AZN
Dəftər \ Тетрадь Alfa A5+ 24 vərəq (xətli)
pcs.
0.48 AZN 0.50 AZN
Dəftər \ Тетрадь Alfa A5 40 vərəq (xətli)
pcs.
1.14 AZN 1.20 AZN
Twinkle stickers (yapışqanlı qaş)
pcs.
1.14 AZN 1.20 AZN
Shiny diamonds (yapışqanlı qaş)
pcs.
2.47 AZN 2.60 AZN
Rəngli karandaş \ Цветные карандаши Yalong color pencil tennis
pcs.
5.89 AZN 6.20 AZN
Fırça \ Кист \ Artist brush Boyixuan 7 ədəd
pcs.
56.07 AZN 62.30 AZN
Uncanny
pcs.
24.39 AZN 27.10 AZN
The Mysterious Bakery on Rue De Paris
pcs.
26.28 AZN 29.20 AZN
The Children's Bible in 365 Stories
pcs.
28.88 AZN 30.40 AZN
Book and Jigsaw Human Body
pcs.
28.88 AZN 30.40 AZN
Book and Jigsaw Unicorns
pcs.
28.88 AZN 30.40 AZN
Book and Jigsaw In the Jungle
pcs.
20.62 AZN 21.70 AZN
Big Sticker Book of Trucks
pcs.
20.62 AZN 21.70 AZN
Big Sticker Book Deadly Animals
pcs.
20.62 AZN 21.70 AZN
Slide and See Things That Go
pcs.
20.62 AZN 21.70 AZN
Slide and See Animals
pcs.
33.44 AZN 35.20 AZN
The Animal Orchestra Plays Chopin
pcs.
15.39 AZN 16.20 AZN
Baby's Black and White Books Farm
pcs.
28.88 AZN 30.40 AZN
Book and Jigsaw Animals of the World
pcs.
28.88 AZN 30.40 AZN
Book and Jigsaw On the Farm
pcs.
28.88 AZN 30.40 AZN
Book and Jigsaw In the Forest
pcs.
15.01 AZN 15.80 AZN
Cars Snap
pcs.
Страница:

Mirzə_Fətəli_Axundov.jpgAxundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluluğu fikrini müdafiə edirdi.

M.F.Axundzadə 1850–1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. 

Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi tələbələri Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani ilə birlikdə Bakı məktəblərinin birində məşhur "Hacı Qara" əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. 

M.F.Axundzadə 1837-ci ildə — 25 yaşında ikən "Puşkinin ölümünə Şərq poeması"nı yazmış və dərhal da rus dilində "Moskovskiy nablyudatel" jurnalında çap etdirmişdir. O, Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir.

Dramaturq kimi şöhrətlənən M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası 1851-ci ildə Peterburqda ev teatrında , "Xırs quldurbasan" və "Vəzir-xani Lənkəran" komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.

M.F.Axundovun fəlsəfə, ədəbiyyat, sənət haqqında fikir və mülahizələri əsasən onun Kəmalüddövlə məktubları adlı fəlsəfi traktatında, eləcə də "Föhristi-kitab"(1859), "Nəzm və nəsr haqqında"(1859), "Tənqid risaləsi"(1860), "İranın yüksək millət qəzetəsi haqqında kritika" (1866), "Mirzə Ağanın pyesləri haqqında kritika"(1871) və s. bu kimi məqalələrində böyük mütəfəkkirin sənətdə realizm, ənənə (tendensiya), bədiilik və onun meyarları, məzmun və forma vəhdəti, ideya və müasirlik, tənqid və onun əhəmiyyəti və s. bu kimi məsələlərlə bağlı fikir və mülahizələri öz əksini tapmışdır.

Bütün həyatını xalqının tərəqqisinə həsr edən M.F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi M.Ş. Vazehin qəbri yanında dəfn olunmuşdu.

M.F.Axundovun kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq.