Paperblanks
Paperblanks – 1973-cü ildə ilkin olaraq kitab nəşri istiqamətində təsis edilib.
1991-ci ildən etibarən isə öz sevimli kitab üzləri ilə bloknotlar istehsalına başlayır və özünü bu sahədə təstiq edə bilir. Paperblanks seriyası qeyd dəftərçələri sahəsində yeni bir dalğa olaraq yaradıldı. Brendin məhsulları klassik Avropa üslubunda tərtib edilir. Hər üzlük ayrılıqda bir sənət əsəri olaraq qiymətləndirilə bilər. Dizaynerlər tez-tez Şərq ornamentlərinə, həmçinin müasir ədəbi nümunələrə müraciət edir, dəri məhsullarının ən fərqli imitasiyalarını reallaşdırırlar. Ən fərqli bloknotlar, illik gündəliklər, planerlər və s. istehsal edir. Bu səbəbdəndir ki bu gün Paperblanks brendinin məhsulları dünya bazarında önəmli yerlərdən birini tutur.
Paperblanks brendinin məhsullarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində məhsullarınız ən qısa zamanda sizə çatacaq.