Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Şarlotta Bronte

Məşhur ingilis şairə və yazıçısı Şarlotta Bronte 1816-cı ildə dünyaya gəlmişdir.

12
Next
Страница:

CBRichmond.pngÜç Bronte bacılarının ən böyüyüdür. Əsərlərinin ilk ikisini "Karrer Bell" təxəllüsü ilə yayımlatmış Şarlotta, XIX əsr, Viktoriya dövrünün ən bilinən qadın yazıçılarındandır.

"Shirley" "Vilette" "The Professor" (vəfatı sonrası, 1857-ci ildə nəşr olunmuşdur.) kimi romanlar qələm almış yazıçı, daha çox, 1847-ci ildə nəşr edilən ilk əsəri olan "Ceyn Eyr (roman)ı" səbəbi ilə böyük nailiyyət qazanmış və Londonda təşkil edilən müxtəlif ədəbi məclislərə dəvət almışdır.

Bacılarının ölümü səbəbi ilə tək qalmış Şarlotta, daha sonra atasının köməkçisi Artur Bell ilə ailə həyatı qurmuş, lakin evliliyindən bir il sonra, 1855-ci ildə, 38 yaşında, xəstəlikdən dolayı vəfat etmişdir. Bu zaman O yazmağı planladığı "Emma" adlı romanı üzərində çalışırdı. Bugünkü gün "Şarlotra Bronte" heç bir gücün boyunduruğu altına girmədən və səhv yola yönəlmədən, öz ayaqları üzərində duran ideal qadın xarakterini yaratdığı "Ceyn Eyr (roman)ı ilə, öz gücünün fərqində olan hər bir qadının qəlbində yaşamağa davam edir.

Şarlotta Brontenin kitablarını Alinino.az saytı vasitəsilə Bakı şəhəri və bütün Azərbaycan ərazisindən onlayn sifarişlər edə bilərsiniz. Sürətli çatdırılma sayəsində kitablarınız ən qısa zamanda sizə çatacaq