Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−15%

Altı Ay, Altı Gün, Altı Saat

Nəşriyyat: Qanun Nəşriyyatı
Müəllif: Şamxal Həsənov
Artikul: 9789952586930
Ölçü vahidi: ədəd
10.20 AZN
12 AZN
Qənaət 1.80 AZN
Onlayna özəl qiymət
Mövcuddur
Ədəbiyyatımızda şüur axını və daxili monoloq fəndlərindən ilk dəfə geniş şəkildə istifadə edən müəllif “Altı ay, altı gün, altı saat” romanında da bir ilkə imza atır – “ikinci şəxs” nəqletmə texnikasına müraciət edərək oxucunu hadisələrdə iştiraka cəlb edir. Bu orijinal üslubda müəllifin perspektivi bəzən obrazla və oxucu ilə toqquşur, zaman-zaman müşahidəçi və iştirakçı arasındakı sərhəd itir. Öz baldızının gənc qızına vurulan Kənan duyğularını böyük çətinliklə içində basdırmağa nail olsa da, oğlu həmin
qızla evlənib eyni evdə yaşamağa başlayanda vəziyyət dəyişir. Evliliyin beşinci ilində isə hadisələr cığırından çıxır və sirr pərdəsi aralanmağa başlayır. İlk duyuq düşən evin xanımı – qızın xalası və qayınanası çəkdiyi əzabı içində yaşamağa, doğma bacısına belə heç nə deməməyə məhkumdur. Bəs ərinə və oğluna necə?
Mürəkkəb psixoloji vəziyyət çılpaq əhvalatçılıqla deyil, yüksək texniki ustalıqla işlənir. Günahkarlıq hissi, vicdan əzabı və özünəbəraət üçbucağı təkcə qəhrəmanları deyil, yazıçını da, hətta oxucunu da burulğana salır, obrazların daxili dünyası rəngarəng ədəbi üslubla açılır. Roman həm mövzusuna, həm üslubuna görə milli nəsrimizdə yenilikdir. Düşünərək və əylənərək oxuyacağınız şübhəsizdir.
ISBN:
9789952586930
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Şamxal Həsənov
Səhifə sayı:
248
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
6.79 AZN 7.99 AZN
Boz
ədəd
Bununla birlikdə alırlar
2.97 AZN 3.49 AZN
Tarixi miniatürlər
ədəd
7.99 AZN 9.99 AZN
Susa bilmirəm
ədəd
4.24 AZN 4.99 AZN
Daşa toxunan könül
ədəd
4.24 AZN 4.99 AZN
Ay qonşu, bu evin yiyəsi hanı?
ədəd
7.99 AZN 9.99 AZN
Dəniz canavarı
ədəd
5.59 AZN 6.99 AZN
Yevgeni Onegin
ədəd
4.24 AZN 4.99 AZN
Sahibin uşaqlığı
ədəd
2.97 AZN 3.49 AZN
Özüm haqqında xatirə
ədəd