“Tərk edilənlərə hamının canı yanır, onları təsəlli edirlər, bəs gedənlər?”
“Həyat onu inkar etsən də, ona biganə qalsan da, onu saya salmasan da, həmişə səndən güclüdür. Hər şeydən güclüdür. İnsanlar ölüm düşərgələrindən qayıdıb dünyaya uşaq gətirirdilər. İşgəncələrə məruz qalan, yaxınlarının ölümünə, evlərinin yanıb kül olmasına şahid olan kişi və qadınlar yenə avtobus dalınca qaçır, hava xəbərlərini müzakirə edir, qızlarını ərə verirdilər. İnanmaq çətin də olsa, bu belədir. Həyat hər şeydən güclüdür”.
Dəhşəti söz – xəyanət... Kim onun ağrısını dadıb onunla ləyaqətlə yaşamağa qadirdir? Bir qış səhəri Kloyi çox sevdiyi əri Adrianın onu tərk edib başqa bir qadınla getdiyini öyrənir. Kloyinin qayınatası Pyer tez-tələsik onu və iki balaca nəvəsini ailənin bağ evinə aparmaq qərarına gəlir, ümid edir ki, orada bu məsələni götür-qoy edəcək və bundan sonrakı həyatları barədə düşünəcəklər.
Səni başqa bir qadına dəyişən ərinin atası ilə nə qədər səmimi ola bilərsən?! Pyerin əhvalatı – onun xəyanəti, dağılmayan ailəsi və hələ də qəlbini sızladan kədərli məhəbbət hekayəsi – Kloyini düşünməyə vadar edir: bəlkə, qızları daha xoşbəxt bir ataya layiqdirlər?
“Mən onu sevirdim” naxış kimi toxunmuş, bəzən ürək ağrıdan, həyəcanlı və realist romandır. Bu kitab çərçivəli düşüncələrlə buxovlanmış həyatların qulağına “Daha gözəlinə layiqsən” cümləsini pıçıldayan ümid dolu bir hekayədir…”
― “Elle” jurnalı
““Mən onu sevirdim” dinamik, lakin kədərli bir romandır; ürəkparçalayan, zərif, səmimi bir məhəbbət hekayəsidir. Səhifələri vərəqlədikcə görürsünüz ki, Qavalda bizdən, itirdiyimiz insanlardan, yalanlardan, qorxaqlıqdan, həyatın bizi çəkdiyi sınaqlardan danışır. Bu roman atılmış bir qadınla həyatının ən böyük səhvini edən bir kişinin hekayəsidir”.
― yazıçı Frederik Beqbeder
ISBN:
9789952463231
Janr:
Roman
Nəşriyyat:
Strauss
Cild:
Yumşaq
Müəllif:
Anna Qavalda
Səhifə sayı:
136
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 11
Bəyəndim .
Hekayənin inkişafı çox gözəl idi, hər səhifəsi məni daha çox heyran etdi. Bitirdikdən sonra uzun müddət düşündüm. Oxumağı düşünən hər kəsə tövsiyə edirəm.
Möhtəşəm bir əsərdir, yazı tərzi və təsvirlər çox təsir edicidir..
Kitabın hər səhifəsi məni dərindən təsirləndirdi. Sevgini bu qədər gözəl təsvir edən əsər oxumamışdım.
Bu kitabda o qədər səmimi və təsirli anlar var idi ki, oxumağı dayandıra bilmirdim.
Romanı oxuyarkən çox duyğulandım. Müəllifin sevgi dolu təsvirləri məni göz yaşlarına boğdu.
Əsərin gözlənilməz dönüş nöqtələri məni çox təəccübləndirdi. Hekayənin belə təsirli və həyəcanlı olacağını gözləmirdim.
Bu kitab sevgi haqqında çox dərin və təsirli bir hekayədir. Həyəcanla oxudum.
Kitabın yazılış üslubu və münasibətlərin təsviri məni həqiqətən də təsiredicidir. Sevgi haqqında bu roman məni həqiqətən də incə düşündürdü.
Sevgi romanlarına maraqım peşəkar bir tərəf alır, amma bu əsər məni həqiqətən təəccübləndirdi. Yazıçının stili çox gözəl idi və hər səhifədə məni heyrətləndirdi. Mən bu kitabı dostlarıma da təqdim edəcəm
Ürəkləri daglayan kədərli həyat hekayəsidir. Göz yaşları içində oxudum.😔😔😔
Bənzər məhsullar
Bununla birlikdə alırlar