Fyodor Dostoyevskinin "Şeytanlar" əsəri dahi rus ədibinin beş böyük romanından biridir. Sürgün həyatından sonra – digər məşhur romanı “İdiot”un ardınca qələmə alınıb. Lakin mövzu və ideyasına görə əvvəlki romandan kəskin fərqlənir. Hətta onun əksinə gedir. Burada aparıcı qüvvə gözəllik və xeyirxahlıq deyil, çirkinlik və pislikdir. Ən dəhşətlisi, bu qüvvə dünyanı məhvə sürükləyir.
1789-cu il böyük Fransız inqilabı elə ilk gündən dünyanın bütün cəmiyyətlərinə təsir etdi. Bu inqilab həm də başqa inqilabi keyfiyyətlərin mənbəyi oldu. Bəşəriyyətin şüurunda xoşbəxt gələcəyin intellektual proseslərini başlatdı və müxtəlif mübarizələrə səbəb oldu. Rusiyada sosializm, nihilizm və narodnizm burada həmişə qidalanırdı. Dostoyevski “Şeytanlar” əsərində insanların bu düşüncə fırtınasının necə qovulduğunu, inqilabi iradə nümayiş etdirdiyini təsvir edir. Bu roman siyasi romanın ilk nümunələrindən biridir.
ISBN:
9789952388183
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Fyodor Dostoyevski
Səhifə sayı:
736
Dil:
Azərbaycan
Seriya:
Qırmızı Klassika
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 25
Mahir Quliyev
02.12.2024 в 18:17
Əli və Ninodan online kitab sifariş etmək çox rahat idi. Kitab tez bir zamanda çatdırıldı və vəziyyəti əla idi. Çox razı qaldım!
Zakirov Eldəniz
22.08.2024 в 15:49
"Şeytanlar"da Stavroginin əxlaqi çətinliklərlə üzləşməsi və etdiyi günahların nəticələri çox təsirli şəkildə təsvir edilib. Onun hərəkətləri və cəmiyyətə qarşı çıxışı başqa oxucularda oxucularda bilmirəm necə təsurat yaradıb. Ancaq məndə, bir yandan qəzəb, bir yandan da mərhəmət hissi oyatdı. Bütünlükdə baxanda əsəri çox bəyəndim. Oxumağıma dəydi!
Vahid
20.08.2024 в 21:20
Orijinal və əvəzsiz bir əsərdir 👍👍.
Ziyazadə Renat
30.07.2024 в 19:25
Fyodr Dostoyevskinin "Şeytanlar" əsərini oxumağı. Atam mənə məsləhər görmüşdü. Mən gənc oxucu olduğuma görə daha çox muasir yazarlardan oxuyursum. Ancaq atam həmişə deyirdi ki, sən bir dəfə klassiklərdən kitab oxusan bütün fikirlərin dəyişəcək. Həqiqətəndə belə oldu. "Şeytanlat" məni heyran etdi. Çooooxxx maraqlı və kompleks bir hekayədir.
Hüseyn Abbasov
26.06.2024 в 10:22
Sizin mağaza mənim üçün ən yaxşı onlayn alış-veriş məkanıdır. Hər zaman bütün kitab və oyuncaqları sizdən alıram.
Xavər Ziyadova
18.06.2024 в 17:09
Ən son nəşrləri və klassikləri bir arada görmək əladır. Müştəri xidmətləri də operativ çalışır. Sifariş etdiyim kitablar çox tez gəldi və qəşəng qablaşdırılmışdı. Minnətdaram Alinino!
Zəhra Mahirli
16.06.2024 в 20:08
Möhtəşəm, tam da bir klassikadır. Oxumaqdan böyük zövq aldım.
Bəybalayev Rəhim
14.06.2024 в 09:57
Fyodor Dostoyevskinin şah əsəridir, "Şeytanlar". Təkrar-təkrar eyni maraqla oxuya bilərəm.
Qulamov Zeynal
09.06.2024 в 18:21
Əsərin əsas qəhrəmanları olan Stəpan Trofimoviç və Pyotr Verxovenski arasındakı münasibətlər, inqilabçı ideyaların yayılması və bunun nəticələri ətrafında inkişaf edir. Xüsusilə, Pyotr Verxovenskinin radikal və təhlükəli fikirləri, cəmiyyətin və insan təbiətinin qaranlıq tərəflərini üzə çıxarır. Oxumaq istəyirsinizsə, məlumatınız olsunki, "Şeytanlar" unudulmaz əsərdir!
Mövsümov Malik
08.06.2024 в 20:31
"Şeytanlar", həm tarixi, həm də bəşəri mövzuları ilə günümüzdə də aktual əsərdir. Kitabı oxuduqca Dostoyevskinin ustalığına bir daha heyran oldum. Bu əsəri oxumağı hər oxucuya tövsiyə edirəm.
Həqiqət Qismətova
07.06.2024 в 13:37
Əsər çox maraqlıdır. "Şeytanlar" məni bir neçə gecə ard-arda oyaq saxladı. Oxuquqca daha çox maraqlı gəlirdi. İstəyirdim bir səhifəsini də oxuyam. Belə-belə birdə görürdüm səhər açılır, mən hələdə oxuyuram. Mütləq şəkildə oxuyun!
Şahnaz Siyasətova
03.06.2024 в 15:31
"Şeyranlar"ı lap gənc yaşlarımda bir dəfə oxumuşdum. Bu yaxın vaxtlarda kitabı sizdə gördüm. İstədim yeni cilldə olan versiyanıda oxuyum. Sidariş vermişdim, gəlmişdi. Bu gün son səhifəsini oxuyub bitirdim. Əsəri elə səlis tərcümə ediblərki, oxuduqca heç bir cümləni redaktə etməyə ehtiyac duymadım. Halal olsun!
Ziya
26.05.2024 в 15:19
Dostoyevskinin qələmi möhtəşəmdir. Oxumaqdan böyük zövq aldım, hər kəsə tövsiyə edirəm.
Şövlətova Nəzakət
25.05.2024 в 21:13
Klassik ədəbiyyatın gözəl nümunələrindən biri olan, "Şeytanlar"ı axırıki, məndə oxudum. Təsuratlarımda çox müsbətdir. Oxumaq istəyirsinizə məsləhət görürəm sizədə.
Şahnaz
22.05.2024 в 21:19
Yenədə klassik əsər oxumaq istədim. Kitab sifariş etmək üçün alinino.az saytını seçdim. Sifariş etdiyim kitab vaxtında və çox yaxşı paketlənmiş vəziyyətdə gəldi. Saytın müştəri xidməti çox operativ xidmət edir. Sualıma həmən cavab veroldi. Əsər özü isə tam gözlədiyim kimi möhtəşəm idi. Klassik ədəbiyyat həvəskarları üçün əvəzsiz bir əsərdir.
K. Dilbər
14.05.2024 в 06:32
Mən həmişə Əli və Nino mağazasından onlayn alış-veriş edirəm və hər zaman məhsullardan və xidmətlərdən razı qalıram. Saytın təchizatı və xidmətləri də çox yaxşıdır.
Taleh Kərəmov
13.05.2024 в 18:02
"Şeytanlar" dahi yazıçı olan Dostoyevskinin unudulmaz əsərdir. Mən gənc yaşlarımda oxumuşdum bu əsəri. İndi mağazada başqa kitab axtarırdım. Təsadüfən çıxdı qarşıma bu kitab. Yenidən oxumaq istədim. İnanın ki, təkrar eyni maraqla oxudum.
Əmirxanova Ayşən
13.05.2024 в 07:47
Dostoyevski öz əsərlərində yaşayır. İllər sonrada yaşayacaq! Bir yazıçının kitabları sevilərək oxunursa demək o, hələdə yaşayır.
Arifə
10.05.2024 в 22:16
Dostoyevski imzası öz sözünü deyir! Əsər möhtəşəmdir!
Nərmin Kamal
10.05.2024 в 14:38
Dostoyevskinin hər bir romanını oxumaq, özünü inkişaf etdirməyə bərabərdir. Mən çox bəyəndim. Sizə də tövsiyə edirəm.
M. Süleyman
08.05.2024 в 07:29
İlk öncə göstərdiyiniz xidmətə və diqqətə görə sizə təşəkkür edirəm. Əziyyət çəkən hər bir əməkdaşınız var olsun. Kitab haqqında isə onu deyim ki, dahi Dostoyevskinin qələmə aldığı möhtəşəm romanlardan biridir. Kitab məni necə özünə bağlamışdısa gecə yorulmadan, saatlarla oxudum. Oxumağı düşünən hər kəsə tövsiyə edirəm, peşman olmazsınız.
İsmixanov Fərrux
07.05.2024 в 20:14
Siyasi mövzuda roman oxumaq sizədə maraqlı gəlirsə Fyodor Dostoyevskinin "Şeytanlar"ını oxuya bilərsiniz! Mənə görə mükəmməldir bu kitab!
Abdullayeva Sahibə
06.05.2024 в 14:57
Dostoyevski "Şeytanlar" adlı bu əsəri ilə təkcə Rus ədəbiyyatında deyil, dünyanın bir çox dildən olan oxucuları arasında da özünə məxsus yer tutub. İllər əvvəl də "Şeytanlar" oxunurdu, bu dövrün oxucuları arasında da öz populyarlığını itirməyib. Buda müəllifin uzaq görənliyindən xəbər verir.
Niftullayev Azər
05.05.2024 в 20:50
Eş olsun güclü komandaya! Həftə sonu olmağına baxmayaraq sifariş verdiyim kitabları gün ərzində çatdirdılar ünvanıma. Bu rahatlığı başqa mağazalarda görməmişdim mən.
Raya Qədimova
04.05.2024 в 19:39
Mən Gürgüstanda yaşayıram burada olan kitab mağazalarında Azərbaycan dilində kitab seçimləri çox az sayda olur. Yaxşı ki, sizin saytınız var. Mən özüm oxumaq istədiyim kitablarıda, uşaqlarıma lazım olan litablarıda sizdən zakaz verirəm. Sağ olsun əməktaşlarınızda bizi çox gözlətmirlər. Qısa vaxt ərzində sifarişim yola çıxır. Yaxşıkı varsınız Ali&Nino!❤️👌