Dekabr ayının oxu proqramında dörd müxtəlif klub dörd fərqli dünyaya qapı açır:
-
İngilis Kitab Klubu Kristin Hannah-nın təsirli romanı “The Women” ilə müharibə, dostluq və insan iradəsinin gücü mövzularına toxunur.
-
Uşaq Kitab Klubu Roald Dahlın sehrli yumoru ilə dolu əsəri “Fantastic Mr. Fox” vasitəsilə balaca oxuculara cəsarət, ailə və ağıllı həll yolları haqqında maraqlı hekayə təqdim edir.
-
Rus Kitab Klubu Asya Lavrinoviçin məşhur romanı “Мой первый круиз” ilə həm yumor, həm də həyatın fərqli dönəmlərinə dair emosional anları müzakirə edəcək.
-
Azərbaycan Kitab Klubu isə Fredrik Bakmanın sevilən əsəri “Üve Adlı Kişi” ilə empatikanın, anlaşmanın və dəyişimin insan həyatını necə dəyişdirdiyini araşdırır.
Dekabr ayı kitab klublarının bütün iştirakçıları üçün həm yeni dünyalar kəşf etmək, həm də bir-biri ilə səmimi müzakirələr aparmaq üçün gözəl fürsətlər gətirir. “Əli və Nino” kitab klublarında bu ay da oxu eşqi paylaşılır!