“Əli və Nino” kitab klubları fevral ayında oxucular üçün yenə maraqlı və müxtəlif janrlı kitablar seçib. 22 fevral tarixində Crescent Mall filialının 4-cü mərtəbəsində keçiriləcək görüşlər gün boyu davam edəcək.
Saat 11:00-da Uşaq Kitab Klubu məşhur yazıçı Rick Riordanın “Persi Cekson və İldırım Oğrusu” kitabını müzakirə edəcək. Yunan mifologiyası ilə dolu bu macəra uşaqları sehrli dünyaya aparacaq.
Saat 12:30-da Azərbaycan dilli kitab klubu Veks Kinqin “Sevgiyə Daha Yaxın” kitabı ətrafında bir araya gələcək. Kitab sağlam münasibətlər qurmaq, özünü sevmək və emosional yaxınlıq yaratmaq mövzusunda dərin düşüncələr təqdim edir.
Saat 14:00-da Rusdilli kitab klubu müasir detektiv və psixoloji gərginlik ustası Jöel Dikkerin “Zooparka Dəhşətli Dərəcədə Fəlakətli Səfər” romanını müzakirə edəcək. Sirr, ironiyə və gözlənilməz hadisələrlə dolu süjet oxucuları biganə qoymayacaq.
Günün son görüşü isə 15:30-da İngilisdilli kitab klubunda baş tutacaq. Burada məşhur yazıçı Elif Şafakın “There Are Rivers in the Sky” romanı müzakirə olunacaq. Tarix, yaddaş və insan talelərini birləşdirən bu əsər dərin ədəbi zövq vəd edir.
📍 Məkan: “Əli və Nino” Crescent Mall, 4-cü mərtəbə
📞 Qeydiyyat üçün: +994 51 716 59 11