Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino” kitab klubları noyabrda nə oxuyur?

Oxu mədəniyyətini təşviq edən “Əli və Nino” Kitab Klubu bu dəfə noyabr ayı üçün dörd maraqlı əsəri seçib. Görüşlər gün ərzində fərqli saatlarda baş tutacaq və müxtəlif janrları əhatə edəcək: fəlsəfi roman, incəsənət haqqında fransız nəsri, uşaqlar üçün motivasiyaedici əsər və romantik klassika.

 

11:30 – İrvin D. Yalom, “Nitşşe ağlayanda”
Fəlsəfi və psixoloji dərinliyə malik bu roman məşhur filosof Fridrix Nitşşenin və həkim Yozef Broyrerin qarşılaşması üzərindən insan ağrısı, mənəvi azadlıq və özünü dərk mövzularını araşdırır. Oxucular kitabın psixoanaliz və ekzistensializm xəttində yaratdığı təzadlı dünyanı müzakirə edəcəklər.

13:00 – Тома Шлессер, “Глаза Моны”
İncəsənət və həyat arasında körpü yaradan bu roman, Mona Lizanın sirli baxışlarından yola çıxaraq oxucunu muzeylər, tablolar və daxili axtarışlarla dolu bir səyahətə aparır. Hər səhifə sənətə olan ehtirası və həyatın dəyərini xatırladır.

14:30 – Roald Dahl, “Dünya çempionu Danni”
Uşaqlar üçün nəzərdə tutulmuş bu isti və mehriban əsər atalıq sevgisi, cəsarət və macəra haqqında hekayədir. Kiçik Danni və atasının unudulmaz planları uşaqlara həm əyləncə, həm də motivasiya bəxş edəcək.

16:30 – Kurban Said, “Ali and Nino”
Azərbaycan ədəbiyyatının dünya səviyyəsində tanınmış bu klassik əsəri mədəniyyətlərarası sevgi, vətən, azadlıq və kimlik mövzularını romantik bir dillə təqdim edir. Oxucular roman vasitəsilə Bakı və Qafqazın zəngin tarixi mühitinə səyahət edəcəklər.

Məqalədə qeyd olunan məhsullar
25.75 AZN 27.10 AZN
Ali and Nino
ədəd
25.20 AZN 28 AZN
Глаза Моны
ədəd
5.94 AZN 6.99 AZN
Dünya çempionu Danni
ədəd
15.29 AZN 17.99 AZN
Nitsşe ağlayanda
ədəd