Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino” kitab klublarında avqust ayı oxuları başlayır

"Əli və Nino" kitab klubları avqust ayında da ədəbiyyatsevərləri yeni kitablar ətrafında bir araya gətirəcək.

Uşaq kitab klubunda Nil Geymanın "Heç yerdə" əsəri müzakirə olunacaq. Gənc oxucular müəllifin yaratdığı sirli və fantastik dünyanın sirlərini birlikdə kəşf edəcəklər.

Rusdilli kitab klubunda Emi Harmonun "Потерянные сердца" romanı oxunacaq. Görüş zamanı ailə, sevgi, itki və insan iradəsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

İngilisdilli kitab klubunun növbəti seçimi Mett Heyqin "The Midnight Train" romanıdır. İştirakçılar əsərin əsas ideyalarını, qəhrəmanların seçimlərini və həyatın fərqli ehtimallarını birlikdə müzakirə edəcəklər.

Azərbaycan dilli kitab klubunda isə Qabriel Zevinin "Sabah, Sabah, Sabah" romanı müzakirə olunacaq. Dostluq, yaradıcılıq, sevgi və həyatın enişli-yoxuşlu yollarından bəhs edən bu əsər oxucular üçün maraqlı söhbətlər vəd edir.

"Əli və Nino" kitab klubları hər kəsi avqust ayının görüşlərinə dəvət edir.

Məqalədə qeyd olunan məhsullar
13.52 AZN 16.90 AZN
Sabah, sabah, sabah
ədəd
14.85 AZN 16.50 AZN
Потерянные сердца
ədəd
51.49 AZN 54.20 AZN
The Midnight Train
ədəd
14.44 AZN 16.99 AZN
Heç yerdə
ədəd
Digər paylaşımlar