Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Əli və Nino kitab klublarında may ayının görüşləri başa çatdı.

“Əli və Nino” kitab klublarında may ayının görüşləri uğurla başa çatdı.

Uşaq kitab klubunun iştirakçıları Ursula K. Le Guinin “Dəniz torpaqlarının cadugəri” əsərini müzakirə etdilər. Fantaziya janrının klassik nümunələrindən biri hesab olunan kitab gənc oxucular arasında maraqlı fikir mübadiləsinə səbəb oldu.

Azərbaycan dili kitab klubunda Aleks Maykelidesin “Səssiz pasiyent” romanı müzakirə edildi. Psixoloji triller janrında yazılmış əsər gözlənilməz sonluğu və mürəkkəb personajları ilə iştirakçıların diqqətini çəkdi.

Rus dili kitab klubunda Frank Tillyenin “Möbiusun Lenti” əsəri ətrafında fikir mübadiləsi aparıldı. Detektiv və triller elementlərini özündə birləşdirən roman iştirakçılar tərəfindən maraqla qarşılandı.

İngilis dili kitab klubunda isə Marqaret Etvudun “Qulluqçu qızın hekayəsi” romanı müzakirə olundu. Distopik ədəbiyyatın ən məşhur nümunələrindən sayılan əsər azadlıq, hakimiyyət və insan hüquqları mövzularında dərin müzakirələrə səbəb oldu.

Digər paylaşımlar