"Əli və Nino" Kitab Klubu iyul ayı üçün seçilən kitabları açıqlayıb. Bu ay iştirakçılar müxtəlif janrları və müəllifləri əhatə edən dörd fərqli əsəri müzakirə edəcəklər.
Uşaq kitab klubunda Jaklin Vilsonun "Cizgili anam" əsəri oxunacaq. Rus dili kitab klubu Homerin klassik "Odisseya" əsərini müzakirə edəcək. İngilis dili kitab klubunun iyul seçimi Aleks Mayklidesin dünya bestselleri "The Silent Patient" romanıdır. Azərbaycan dili kitab klubunda isə Yu Huanın "Yaşamaq" romanı oxunacaq.
Bütün kitabsevərlər iyul ayı ərzində keçiriləcək görüşlərə dəvət olunur.