Mart ayının proqramına uşaq kitab klubu üçün Conatan Sviftin “Qulliverin səyahəti”, rus kitab klubu üçün yazıçı Ana Şerri ilə xüsusi görüş, ingilis kitab klubu üçün Viktor Hüqonun “The Hunchback of Notre-Dame” əsəri, azərbaycan kitab klubu üçün isə Orxan Pamukun “Məsumiyyət muzeyi” romanının müzakirəsi daxildir.
“Əli və Nino” kitab klubu hər ay müxtəlif dillərdə keçirilən müzakirələrlə oxucuları bir araya gətirərək ədəbiyyata marağı artırmağı və kitab müzakirəsi mədəniyyətini inkişaf etdirməyi hədəfləyir.