Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino” kitab klubunda 3 fərqli görüş uğurla baş tutdu

29 mart tarixində “Əli və Nino” kitab mağazasının Crescent Mall filialında kitabsevərlər üçün təşkil olunan üç fərqli kitab klubu görüşü uğurla həyata keçirildi.

Günün ilk yarısında uşaqlar üçün təşkil edilən klub çərçivəsində Conatan Sviftin “Qulliverin səyahətləri” əsəri müzakirə olundu. Balaca oxucular kitabın macəra dolu süjeti ilə tanış olaraq aktiv şəkildə fikir mübadiləsi apardılar.

Daha sonra böyüklər üçün keçirilən əsas görüşdə Orxan Pamukun “Məsumiyyət muzeyi” romanı müzakirə edildi. İştirakçılar əsərin sevgi, yaddaş və obsesiv bağlılıq mövzuları ətrafında dərin diskussiyalar apardılar.

Günün son görüşü isə ingilisdilli kitabsevərləri bir araya gətirdi. Viktor Hüqonun “The Hunchback of Notre-Dame” əsəri əsasında keçirilən müzakirə klassik ədəbiyyata maraq göstərən iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.

Tədbirlər iştirakçıların aktivliyi və maraqlı fikir mübadiləsi ilə yadda qaldı.

Digər paylaşımlar