Sentyabr ayında “Əli və Nino” kitab klubunun oxucularını bir-birindən fərqli mövzu, janr və atmosferə malik üç maraqlı əsər gözləyir. Yeni ayda kitabsevərlər həm tarixi və sənət dünyasına, həm sehrli bir kainata, həm də kitabların insan həyatındakı gücünə səyahət edəcəklər.
Azərbaycan dilli klubda Tracy Chevalierin “Mirvari sırğalı qız” romanıdır. XVII əsr Hollandiyasının rəngarəng atmosferində keçən əsər məşhur rəssam Johannes Vermeerin yaradıcılığı və onun emalatxanasında çalışan gənc qızın hekayəsi ətrafında qurulur. Sənət, gözəllik, sosial təbəqələr və insan münasibətləri əsərin əsas mövzuları sırasında yer alır. Roman oxucunu yalnız bir rəsm əsərinin yaranma hekayəsinə deyil, həm də həmin dövrün insanlarının həyatına və görünməyən hisslərinə yaxınlaşdırır.
Usaq kitab klubunun kitabı isə artıq bir çox oxucunun sevdiyi sehrli dünyanın davamıdır — J.K. Rowlingin “Harri Potter və Azkaban məhbusu”. Harri, Ron və Hermionenin üçüncü macərasında Hoqvartsda yeni tədris ili başlayır, lakin məktəbin ətrafında təhlükə dolaşır. Azkabandan qaçan məhbus Sirius Blackin Harri ilə əlaqəsi, Dementorların gəlişi və keçmişdə baş verən hadisələrin üzə çıxması hekayəni daha qaranlıq və sirli edir.
İngilis dilli klubda isə Sosuke Natsukavanın “Kitabxananı xilas edən pişik” romanıdır. Kitabları və kitabxanaları sevənlər üçün xüsusi bir ovqat yaradan bu əsər oxucunu kitabların yalnız rəflərdə dayanan əşyalardan daha böyük məna daşıdığı bir dünyaya aparır. Sirli pişik, kitablar və onları qorumaq uğrunda başlayan macəra vasitəsilə əsər oxumağın, ədəbiyyatın və kitabların insan həyatına təsirini düşündürür.
Beləliklə, sentyabr ayında “Əli və Nino” kitab klubunda sənət və tarixdən sehrə, sehrdən isə kitabların sehrinə uzanan üç fərqli hekayə müzakirə olunacaq.
Oxuduqlarımızı sadəcə oxumaqla kifayətlənmir, obrazları, hadisələri, müəlliflərin vermək istədiyi mesajları və əsərlərin bizdə yaratdığı hissləri birlikdə müzakirə edirik.
Sentyabr kitablarını seç, bizimlə oxu və növbəti müzakirədə fikirlərini bölüş!
Bəlkə də bu üç kitabdan biri sənin sentyabr ayının ən sevdiyin kitabına çevriləcək.